Əsas Səhifə > Azərbaycan / Video / Manşet / Üst manşet > Namizədlərin aksiyasında saxlananlar buraxılıb -
Namizədlərin aksiyasında saxlananlar buraxılıb -11-02-2020, 23:06. |
Aksiyada saxlanan və avtobusa mindirilənlər sərbəst buraxılıb. Verilən məlumata görə, onlar Bibiheybət yolunda düşürülüblər. CivilAzerbaijan.com-un məlumatına görə, saxlananlar buraxıldıqdan sonra AzadlıqRadiosuna deyiblər ki, avtobusda onları ağır ifadələrlə təhqir ediblər. Onlardan Müsavat Partiyasının üzvü Ərzulla Buludovun vəziyyətinin isə ağır olduğu açıqlanıb. O da bu gün, fevralın 11-də Mərkəzi Seçki Komissiyasının qarşısında oturaq aksiya zamanı saxlanmışdı. Ona ağır fiziki xəsarət yetirildiyi bildirilir. Müsavat Partiyanın başqan müavini Gülağa Aslanlı qeyd edib ki, Ərzulla Buludovu digər saxlananlarla birlikdə avtobusla aparırblar, lakin sonra avtobusu saxlayıb həkimləri çağırıblar: "İndi Ərzulla bəyə həkimlər baxır və xəstəxanaya aparmaq lazım olduğunu bildirirlər". Bu deyilənlərə isə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb. *** Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov “Turan” agentliyinə bəzi deputatlığa namizədlərin və onların müşahidəçilərinin oturaq aksiyasının dağıdılmasına münasibət bildirib. Ehsan Zahidov deyib ki, həmin aksiya qanunsuz olub və iştirakçılar polisin qanuni tələblərinə riayət etməyiblər. Onun sözlərinə görə, polis bu üzdən qanunsuz aksiyanın qarşısını alıb. O saxlananların arasında jurnalistlərin olmasını təsdiqləməyib. Geri qayıt |