Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > BŞİH qərarını dəyişdi, mitinqə icazə verdi

BŞİH qərarını dəyişdi, mitinqə icazə verdi


12-02-2020, 21:11.
title}
BŞİH qərarını dəyişdi, mitinqə icazə verdi


Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) öz qərarını dəyişirək ReAl, Müsavat partiyalarının, D18 Hərəkatının və bəzi müstəqil namizədlərin mitinq qərarına razılıq verdiyi açıqlanıb.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə AzadlıqRadiosuna D18 Hərəkatın başqanı Ruslan İzzətli məlumat verib.

Ruslan İzzətlinin sözlərinə görə, bu gün, fevralın 12-də onların mitinq müraciətinə əvvəlcə mənfi cavab verən qurum, onu saatlar sonra yenidən çağırıb.

Hərəkat başqanın vurğulamasına görə, bu dəfə mitinqə müsbət cavab verilib.

Amma onun dediyinə görə, aksiya üçün onların təklif etdikləri məkana razılıq verilməyib, əvəzində paytaxtın mərkəzindən uzaq bir ərazini təklif ediblər: "BŞİH-nin ictimai-siyasi və humanitar şöbəsinin rəhbəri Elmin İmanov mənə müraciətimizə cavab təqdim etdi. Cavabda qeyd olunur ki, 28 may metrosunun önündə meydanda yox, Lökbatanda 28 May küçəsi, "Neftçi" İdman Klubunun Qaradağ təlim idman bazasında fevralın 16-da saat 15:00-dan 17:00-dək keçirilməsinə razılıq verilib".

Ruslan İzzətli vurğulayıb ki, həmin əraziyə gedib-getməyəcəklərinə müzakirədən sonra qərar verəcəklər.

Bütün bu deyilənlərə, hələlik, BŞİH-dən münasibət almaq mümkün olmayıb.
Geri qayıt