Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Niderland polisindən azərbaycanlı siyasi mühacirlərə təhlükə barədə

Niderland polisindən azərbaycanlı siyasi mühacirlərə təhlükə barədə


15-02-2020, 13:06.
title}
Niderland polisindən azərbaycanlı siyasi mühacirlərə təhlükə barədə


Siyasi mühacirətdə olan müxalifçi jurnalist Türkel Azərtürk bildirib ki, Niderland polisi sui-qəsdin hazırlanması barədə xəbərdarlıq edib.

CivilAzerbaijan.com
Turana istinadla bildirir ki, T.Azərtürk məsələylə bağlı Facebook səhifəsində paylaşım edib: “Dünən axşam Niderland polis əməkdaşları bizə gəldi. Dedilər ki, etibarlı mənbələrdən (Azərbaycanda) alınan məlumata görə, mənə və daha 9 nəfərə sui-qəsd hazırlanır. Polis fakt üzrə araşdırma aparır və aşağıdakı şəxslərə ehtiyatlı olmağı tövsiyə edir: maksimum tədbirləri: Qənimət Zahidov (Zahid), Emin Əhmədbəyov, Turkel Azərsoy (Azərtürk), Leyla Yunus, Arif Yunus, Sevinc Mirzəyeva (Osmanqızı), Arif Məmmədov, Orduxan Temirxan, Qabil Məmmədov, Vidadi İsgəndərli”.

T.Azərtürk yazır ki, son günlər yaşadığı ərazidə naməlum şəxslər tərəfindən izləndiyini hiss edib.

Bundan öncə Leyla və Arif Yunuslar da oxşar məlumat yaymışdılar.
Geri qayıt