Əsas Səhifə > Azərbaycan / Manşet / Üst manşet > AXCP sədr müavini Seymur Həzi polisə çağrılıb

AXCP sədr müavini Seymur Həzi polisə çağrılıb


15-02-2020, 16:18.
title}
AXCP sədr müavini Seymur Həzi polisə çağrılıb


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi fevralın 15-də Abşeron Rayon Polis İdarəsinə çağırılıb, dindirildiyini açıqlayıb.

CivilAzerbaijan.com
bildirir ki, S. Həzinin verdiyi məlumata görə, onun polis idarəsinə çağırılmasının səbəbi mitinqlə bağlı olub.

"Məndən fevralın 16-a bir neçə siyasi partiya və namizədlərin planlaşdırdığı mitinqdə AXCP-nın təşkilatçı olub-olmamasını soruşdular. Mən isə bildirdim ki, təşkilatçısı biz olsaydıq, bunu açıq deyərdik, çünki burada gizli və qeyri-qanuni nəsə yoxdur. Görüş təxminən 5-10 dəqiqə çəkdi".

Bu deyilənlərə, hələlik, Abşeron Rayon Polis İdarəsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Fevralın 9-da keçirilmiş Milli Məclisə seçki zaman pozuntulara yol verildiyini bildirən ReAl, Müsavat partiyaları, D18 Hərəkatı və iki müstəqil namizəd mitinq keçirəcəklərini açıqlayıblar.

Amma təşkilatçılarla Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) arasında aksiyanın yeri ilə bağlı razılaşma əldə edilməyib.Təşkilatçılar icra hakimiyyətinə əvvəlcə şəhərin mərkəzindəki ərazilərdən birində aksiya keçirmək istədiklərini bildirmişdilər. BŞİH qeyd edilən yerdə mitinqin nəqliyatın hərəkətinə problemlər yaradacağını səbəb göstərərk aksiyaya “ yaşıl işıq” yandırmamışdı.Amma sonradan icra hakimiyyəti təşkilatçılara şəhərin mərkəzindən kənar bir ərazini təklif etmişdi. Təşkilatçılar da öz növbələrində bunu qəbul etməyərək, icra hakimiyyətinə təkrar müraciət edərək şəhərin mərkəzində və mərkəzə yaxın ərazilərdə alternativ kimi 4 meydanın adlarını çəkərək, həmin ərazilərdə aksiya keçirməyə hazır olduqlarını vurğulamışdılar.Amma şəhər icra hakimiyyəti bu istəklə də razılaşmayıb.

Bakı şəhər Baş Polis İdarəsi isə bu ara təşkilatçılara bəyan edib ki, aksiya şəhər rəhbərliyi ilə razılaşdırılmamış ərazidə keçiriləcəksə buna imkan verilməyəcək.

Hələlik, tərəflərdən heç biri geri çəkilmək niyyətində görünmür. (AzadlıqRadiosu)
Geri qayıt