Əsas Səhifə > Azərbaycan / Manşet / Üst manşet > Rüfət Səfərovun saxlanıldığı bildirilir
Rüfət Səfərovun saxlanıldığı bildirilir18-02-2020, 22:31. |
Keçmiş müstəntiq, hazırkı ictimai fəal Rüfət Səfərov fevralın 18-də mülki geyimli şəxslər tərəfindən saxlanılıb və naməlum istiqamətə aparılıb. CivilAzerbaijan.com bildirir ki, bu barədə onun atası Eldar Sabiroğlu məlumat verib. Onun sözlərinə görə, hadisə saat 17 radələrində baş verib və saxlanılmasından sonra oğlu ilə əlaqə saxlaya bilmir. Məlumata görə, fevralın 16-da Rüfət Səfərovun yaşadığı evin qarşısında postlar qurulmuşdu. Bəzi sosial şəbəkələrdə Səfərovun saxlanılmasının səbəbi kimi onun yazdığı statuslarla bağlı ola bilər. Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Turan-a məlumatı olmadığını bildirdi. Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı məlumat almaq mümkün olmayıb. Geri qayıt |