Əsas Səhifə > Azərbaycan / Manşet / Üst manşet > Avropa İttifaqından Azərbaycanla yeni sazişin paraflanmasıyla bağlı

Avropa İttifaqından Azərbaycanla yeni sazişin paraflanmasıyla bağlı


19-02-2020, 21:42.
title}
Avropa İttifaqından Azərbaycanla yeni sazişin paraflanmasıyla bağlı


Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Brüsselə işgüzar səfəri çərçivəsində fevralın 18-də Aİ-nin qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varheyli ilə görüşüb.

CivilAzerbaijan.com
Turana istinadla bildirir ki, görüş zamanı tərəflər Aİ-Azərbaycan arasında ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni saziş layihəsi üzrə danışıqların gedişatını müzakirə ediblər. Bu xüsusda ticarət sahəsində danışıqların cari vəziyyəti və Aİ-nin ticarət üzrə komissarı ilə keçirilmiş görüşə toxunulub.

O. Varheyli yeni saziş layihəsi üzrə danışıqların intensivləşdirilməsinin vacibliyini qeyd edib. O, sənədin 2020-ci ilin iyununda keçirilməsi planlaşdırılan Aİ “Şərq Tərəfdaşlığı” ölkələrinin sammitinə qədər razılaşdırılmasını təklif edib.

Görüş zamanı Azərbaycanla Aİ arasında enerji sahəsində strateji tərəfdaşlıq münasibətləri və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirdiyi layihələr, o cümlədən “Cənub” qaz dəhlizi layihəsi və onun gələcəkdə genişləndirilməsi kimi mövzularda fikir mübadiləsi aparılıb.

İkitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların müəyyən edilməsi məqsədilə E. Məmmədyarov O. Varheylini Azərbaycana dəvət edib.

Dəvət məmnuniyyətlə qəbul edilib.
Geri qayıt