Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > AŞPA məruzəçilərindən Azərbaycanda dinc nümayişçilərə qarşı polis zorakılığına

AŞPA məruzəçilərindən Azərbaycanda dinc nümayişçilərə qarşı polis zorakılığına


21-02-2020, 13:00.
title}
AŞPA məruzəçilərindən Azərbaycanda dinc nümayişçilərə qarşı polis zorakılığına


“Dinc nümayişçilərə qarşı polis zorakılığının artması bizi çox narahat edir”.

CivilAzerbaijan.com
bildirir ki, "Turan" İnformasiya Agentliyinin xəbərinə görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanın monitorinqi üzrə həmməruzəçiləri Stefan Şennax (Avstriya) və Roger Gale (Birləşmiş Krallıq) Azərbaycanda son hadisələrlə bağlı deyiblər.

Məruzəçilər 9 fevral 2020-ci ildə keçirilmiş parlament seçkilərinin nəticələrinə etiraz edənlərin dağıdılmasına dair məlumatlara istinad edərək, bəyanat veriblər.

Onlar bildiriblər ki, “Sərhədsiz reportyorların” nümayişləri sənədləşdirən jurnalistlərə qarşı maneə və fiziki zorakılıq olması barədə iddiaları xüsusilə narahatlıq doğurur.

“Bütün bu hallar araşdırılmalı və günahkarlar məsuliyyətə cəlb olunmalıdırlar”, - deyə məruzəçilər əlavə ediblər.

“Plüralizmin yatırılması tamamilə qəbuledilməzdir və dərhal dayandırılmalıdır. Azərbaycan hakimiyyətini demokratik prosesin bir hissəsi olan dinc nümayişlərə icazə verməyə çağırırıq”, - məruzəçilər deyiblər.
Geri qayıt