Əsas Səhifə > Azərbaycan / Manşet / Üst manşet > Fəzail Ağamalının dairəsinin nəticələri ləğv edilə bilər -

Fəzail Ağamalının dairəsinin nəticələri ləğv edilə bilər -


23-02-2020, 22:43.
title}
Fəzail Ağamalının dairəsinin nəticələri ləğv edilə bilər -


Mərkəzi Seçki Komissiyasının (MSK) bu günkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 60 saylı Salyan-Neftçala seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

CivilAzerbaijan.com
qaynarinfo-ya istinadla xəbər verir ki, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə namizədlər Aytən Qurbanova və Kamil Musəvi bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğunu iddia edib.

MSK üzvü Baxşeyiş Əsgərov deyib ki araşdırmalar zamanı qeyd olunan pozuntu halları 4, 5, 8, 13, 15, 23, 27, 32, 35, 37 və 39 saylı seçki məntəqələrində öz əksini tapıb. B.Əsgərov bildirib ki, həmin seçki məntəqələrində seçicilərin iradəsinə təsir edəcək hallar müşahidə olunub. O, bu məntəqələrdə səsvermənin nəticələrinin ləğv olunmasını təklif edib. Təklif səsə qoyularaq qəbul olunub.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Fəzail Ağamalıdır.
Geri qayıt