Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Azərbaycanda koronavirusla bağlı

Azərbaycanda koronavirusla bağlı


24-02-2020, 12:41.
title}
Azərbaycanda koronavirusla bağlı


“Hazırda Azərbaycanda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən yoxdur. Azərbaycan Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır.”

Civil Azerbaijan.com
bildirir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

Məlumatda qeyd olunur ki, sosial şəbəkələrdə koronovirusa yoluxmuş şəxslərin Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Məlumatın həqiqətə uyğun olmamasını Mərkəzi Klinik Xəstəxananın rəhbərliyi də təsdiqləyib.

“Qeyd edək ki, ölkəyə daxil olan şəxslərdə virus təhlükəsi olduqda onlar xüsusi ayırılmış dövlət tibb müəssisələrinə yerləşdirilir. Hazırda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən yoxdur,” birgə məlumatda deyilir.

Bununla yanaşı, Azərbaycanla həmsərhəd olan İranda koronovirusun yayılması və ölüm hallarının qeydə alınması Azərbaycan vətəndaşları arasında İranla sərhədlərin bağlanılmasının vacibliyi ilə bağlı fikirlər yaranmasına səbəb olub.

Azərbaycanın baş infeksionisti Cəlal İsayev tövsiyyə edir ki, həyati vacib məsələ olmadığı təqdirdə İrana gedilməsin.

“Əgər İrana gediləsi olsa belə vətəndaşlarımız təhlükəsizlik tədbirlərinə ciddi fikir verməlidirlər.”

Baş infeksionist deyib ki, Azərbaycanda bu günədək koronavirus şübhəsi ilə bağlı heç bir fakt qeydə alınmayıb.

“Çindəki hadisələrlə bağlı Azərbaycan onsuz da qabaqlayıcı profilaktik tədbirlər həyata keçirirdi. İranda qeydə alınan faktlar ölkəmizdə müvafiq qurumların daha ayıq-sayıq olmasını zəruri edir. Çünki sərhəd ölkədir və gediş-gəliş çoxdur. Artıq sərhəd-keçid məntəqələri bağlanıb. Güman etmirəm ki, İrandan Azərbaycana virusun keçməsi baş versin, amma yenə də ehtiyatlı olmaq mütləqdir,” o yerli mediayaya bildirib.

Azərbaycanda koronavirusla bağlı


Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib ki, Azərbaycan Nazirlər Kabineti koronovirus məsələsi ilə bağlı artıq bir sıra iclaslar keçirib, tədbirlər planı tərtib olunub.

“Dövlət bu istiqamətdə müvafiq addımlar atır. Azərbaycan Xarici İşlər Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri çərçivəsində artıq koronavirusun yayıldığı ölkələrə səfərlər mövzusunda vətəndaşlara müraciət edib,” o qeyd edib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatında isə deyilir ki, Çin Xalq Respublikasında aşkar edilən və qonşu İranda da yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində cənub sərhədlərində yerləşən Astara və Biləsuvar gömrük sərhəd keçid məntəqələrində profilaktik tədbirlər və dezinfeksiya işləri aparılır və buna görə də həmin məntəqələrdə müəyyən məhdudiyyətlər tətbiq edilib.

Dövlət Gömrük Komitəsi ölkə vətəndaşlarına zərurət yaranmadıqda İrana səyahət etməmələri tövsiyə edir.

Ümumdünya Səhiyyə Təşkilatının koronovirusun yayıldığı ölkələrlə bağlı tərtib etdiyi siyahıda da Azərbaycanın adı yoxdur.

Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, son 24 saatda koronovirus xəstəliyinin yayıldığı ölkələrin sayında dəyişiklik olmayıb.

“Təsdiqlənmiş yoluxma hallarının sayı dünyada 78 811 (1017 yeni) nəfərdir. Onlardan 77 042 (650 yeni) yoluxma və 2445 ölüm halı (97 yeni) Çində olub. Çinin xaricində dünyanın 28 ölkəsində 1769 yoluxma (367 yeni), 17 ölüm halı (6 yeni) qeydə alınıb,” Ümumdünya Səhiyyə Təşkilatı bildirir. (AmerikanınSəsi)
Geri qayıt