Əsas Səhifə > Azərbaycan / Manşet / Üst manşet > Xocalı faciəsinin 28-ci ildönümüdür
Xocalı faciəsinin 28-ci ildönümüdür26-02-2020, 12:52. |
Azərbaycanda 28 il əvvəl Xocalıda törədilmiş kütləvi qırğının qurbanları anılır. 1992-ci ildə, Qarabağ müharibəsinin başlanmasının ilk illərində Xankəndi (Stepanakert) yaxınlığında yerləşən Xocalı sakinləri erməni və rus hərbçilərinin hücumları nəticəsində evlərindən çıxmağa məcbur qalıblar. CivilAzerbaijan.com bildirir ki, fevralın 25-dən 26-na keçən gecə erməni və rus hərbçilərinin silahlı hücumu nəticəsində yüzlərlə qadın, kişi, uşaq öldürülüb, mindən çox adam əsir düşüb, 150 adamdan indiyə kimi xəbər yoxdur. Azərbaycan Xocalı faciəsini "soyqırım" kimi tanıyıb və digər ölkələrin də bunu qəbul etməsinə çalışır. Faciənin anım mərasimi hər il ölkəboyu qeyd olunur. Tarixi mənbələrə görə, Xocalı faciəsində 613 nəfər həlak olub, 1275 nəfər əsir, 150 nəfər isə itkin düşüb. Hadisənin törədicisi kimi Rusiya və Ermənistan Silahlı Qüvvələrinin birgə adı çəkilir. Geri qayıt |