Əsas Səhifə > Azərbaycan / Melange / Video / Manşet / Üst manşet > AXCP-nin qadın fəallarından DİN-in qarşısında etiraz aksiyası -
AXCP-nin qadın fəallarından DİN-in qarşısında etiraz aksiyası -28-02-2020, 16:28. |
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) iyirmiyə yaxın qadın fəalı cümə günü günorta DİN-in binası qarşısında aksiya keçirib. CivilAzerbaijan.com Turana istinadla bildirir ki, onlar AXCP sədrinin müavini, ötən gün 10 sutkalığa həbs olunmuş Mamməd İbrahimin sərbəst buraxılmasını tələb ediblər. Bir neçə dəqiqədən sonra polis dəstələri qadınları DİN-dən uzaqlaşdırıb, lakin aksiya dayandırılmayıb. Qadınlar küçədə yürüş edərək “Məmməd İbrahimə azadlıq!” “İstefa!” şüarlarını səsləndiriblər. Polis iştirakçılara güc tətbiq edib, ancaq onları susdura bilməyib. İki qadın üzündən zərbə alıb, ancaq susmayıb. Polis üzərində həbs olunmuş şəxsin təsviri olan plakatları alıb cırıb. Qadınlar “hakimiyyətə təhqirlərə” son qoyulması barədə tələblərə əməl etməyiblər və “İstefa!”, “Rədd ol!” şüarlarını səsləndirməkdə davam ediblər. Aksiya ümumilikdə yarım saat davam edib. Saxlanılanlar barədə məlumat yoxdur. Xatırladaq ki, Məmməd İbrahim fevralın 26-da böyrək ağrısı ilə həkimə gedərkən saxlanılıb. Polis onun avtomobilini buraxmayıb və bu, polislə münaqişəyə səbəb olub. Geri qayıt |