Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Konstitusiya Məhkəməsi növbədənkənar parlament seçkilərinin nəticələrini təsdiqlədi
Konstitusiya Məhkəməsi növbədənkənar parlament seçkilərinin nəticələrini təsdiqlədi5-03-2020, 13:57. |
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev 9 fevral növbədənkənar parlament seçkilərinin nəticələri ilə bağlı Plenumun qərarını elan edib. CivilAzerbaijan.com bildirir ki, qərara əsasən, Konstitusiya Məhkəməsi Milli Məclisə keçirilmiş seçkilərin nəticələrini təsdiqləyib. Konstitusiya Məhkəməsinin binası qarşısına yığışan deputatlığa namizədlər qərara etirazlarını bildirirlər. Konstitusiya Məhkəməsinin binası önündə çox sayda polis var. +++ Deputatlığa namizədlər medianın və özlərinin Konstitusiya Məhkəməsinin iclasına buraxılmaması ilə bağlı narazılıqlarını bildiriblər. «Saxtakar!»,- deyə şüar səsləndiriblər. Onlardan biri Bəxtiyar Hacıyev bildirib ki, artıq hər yerdə yeni deputatlara «saxtakar» deyilməli, «hər kəs adı ilə çağrılmalıdır». B.Hacıyev seçicilərinin səsini qoruya bilmədiyini və buna görə seçicilərdən üzr istədiyini bildirib. O, bundan sonra Avropa İnsan Hüquqları Məhkəməsinə qədər gedəcəyini, qələbəsini orda sübut edəcəyini deyib. +++ Deputatlığa namizəd Fərhad Mehdiyev jurnalistlərə bildirib ki, Konstitusiya Məhkəməsinin qərarı onun üçün sürpriz olmayıb. O, bunu «siyasi qərar» adlandırıb. «Azərbaycan xalqının iradəsi bir daha zəbt edildi. Bunda kim iştirak etdi, hər kəs gördü», - deyə F.Mehdiyev əlavə edib. Onun iddiasına görə, yeni parlamentdə təmsil olunacaq deputatları xalq seçməyib, onlar təyin edilib. Deputatlığa namizəd dinc və sivil şəkildə etirazlarını davam etdirəcəyini bildirib. (AzadlıqRadiosu) Geri qayıt |