Əsas Səhifə > Azərbaycan / Manşet / Üst manşet > Jurnalist Əfqan Muxtarlı azadlıqda

Jurnalist Əfqan Muxtarlı azadlıqda


17-03-2020, 19:12.
title}
Jurnalist Əfqan Muxtarlı azadlıqda


Martın 17-də jurnalist Əfqan Muxtarlı həbsdən azad edilərək birbaşa Almaniyaya yola salınıb.

CivilAzerbaijan.com
bildirir ki, məlumatı Meydan TV-yə jurnalistin Almaniyada yaşayan həyat yoldaşı Leyla Mustafayeva da təsdiqləyib. O, Əfqan Muxtarlının hazırda təyyarədə olduğunu deyib.

Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov isə Meydan TV-yə deyib ki, bu məsələdən xəbərsizdir.

Oturum izni ilə Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da “yoxa” çıxıb və səhəri gün Azərbaycanda həbs edilib. Onun dediyinə görə, Tbilisidə saxlanıb, işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edib. Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb.

Əfqan Muxtarlı 6 il azadlıqdan məhrum edilib.

Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyır.
Geri qayıt