Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Mübariz Mənsimovun təqaüd verdiyi tələbələr və valideynlərinin Türkiyə Prezidentinə

Mübariz Mənsimovun təqaüd verdiyi tələbələr və valideynlərinin Türkiyə Prezidentinə


23-03-2020, 15:29.
title}
Mübariz Mənsimovun təqaüd verdiyi tələbələr və valideynlərinin Türkiyə Prezidentinə


Mübariz Mənsimovun rəhbərlik etdiyi Palmali Şirkətlər Qrupunun təqaüd verdiyi tələbələr və onların valideynləri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib.

CivilAzerbaijan.com
həmin müraciətin mətnini təqdim edir:

"Hörmətli cənab Prezident!

Mübariz Mənsimov bütün sahələrdə köməyə ehtiyacı olan həmvətənlərinə hər zaman dəstək olmaqda qərarlıdır. Bu sahələrin başında isə təhsil və eğitim gəlir. Mübariz bəy yaxşı dərk edir ki, 21-ci əsrdə bir dövlətin mövcudluğu və müqəddəratı onun təhsilindən asılıdır. Təhsil millətin və dövlətin gələcəyinin təminatıdır. Mübariz Mənsimov məhz bu səbəbdən xüsusuilə, Türkiyədə və bir çox başqa ölkələrdə təhsil alan tələbələrə maddi-mənəvi dəstək olur, təqaüdlər veriir, bundan əlavə, universiteti bitirdikdən sonra isə bir sıra tələbələrə AmerikaBirləşmiş Ştatlarında və Avropa ölkələrində təhsilini davam etdirməyə - magistratura və doktranturada oxumağa yardım edirdi.

Biz tələbələrlə görüşdə Mübariz Mənsimov hər zaman bəlli səbəblərə görə şəxsən özünün çağdaş yüksək standartlara cavab verən keyfiyyətli təhsil ala bilməməsindən şikayətlənirdi. Bu onun üçün ən böyük xəyal qırıqlıqlarından biri idi. "Geriyə dönə bilsəm görəcəyim ilk iş yaxşı təhsil almaq olar!" deyirdi. Mübariz bəy gələcəkdə onun yaşadığı peşmançılıqları yaşamamağımız üçün bizlərin təhsil dövründə maddi qayğılarla, kənar işlərlə məşğul olmağımızı deyil, yalnız yüksək səviyyədə təhsil almağımızı istəyirdi. O, xarici ölkələrdə, valideyn himayəsindən uzaqda iqtisadi sıxıntılar içində qalmamağımız üçün biz tələbələrə maddi-mənəvi dəstək verirdi. Boş zamanlarında bizlərlə şəxsən görüşür, Palmali Şirkətlər Qrupunda təcrübə keçməyimizə və təhsilini başa vurmuş bir çox şəxslərin burada işlə təmin olunmasına şərait yaradırdı.

Mübariz Mənsimovun təqaüd verdiyi tələbələr və valideynlərinin Türkiyə Prezidentinə


Mübariz Mənsimov özəl günlərdə, bayramlarda tələbələrə xüsusui diqqət ayırırdı. Bayram günlərində vətənindən və doğmalarından uzaqda olan gənclər üçün bayram süfrələri açır və mədəmi-milli tədbirlər, şənliklər, toplantılat təşkil edirdi. Hətta sağlıq durumunda yaranmış ciddi problemlərlə əlaqədar keçirdiyi son cərrahi əməliyyatdan öncə Novruz bayramının yüksək səviyyədə tə.kil olunması üçün göstəriş vermiş, ancaq məlum koronavirus - COVİD-19 pandemiyası səbəbindən tədbir təxirə salınmışdı.

Möhtərəm cənab Prezident!

Sonda qeyd etmək istəyirik ki, biz tələbələr və valideynlərimiz də Azərbaycanın dünya şöhrətli qeyrətli oğlu Mübariz Mənsimovun dediyi kimi Türk Hüquq sisteminin ədalətinə və adil olmasına sonsuz güvənirik. Və inanırıq ki, Sizin müdaxiləniz sayəsində elmin, təhsilin hamisi, böyük xeyriyyəçi, Hacı Zeynalabdin Tağıyevin davamçısı, ləyaqət mücəssiməsi Mübariz Mənsimov tezliklə azad olunacaq".

Mübariz Mənsimovun təqaüd verdiyi tələbələr və valideynlərinin Türkiyə Prezidentinə

Geri qayıt