Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > AXCP sədrinin internetə çıxışının və telefon xəttinin bağlanıldığı bildirilir

AXCP sədrinin internetə çıxışının və telefon xəttinin bağlanıldığı bildirilir


14-04-2020, 10:42.
title}
AXCP sədrinin internetə çıxışının və telefon xəttinin bağlanıldığı bildirilir


Aprelin 13-də axşam saatlarında Osmanqızı internet televiziya kanalında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli iilə müsahibə olacağı barədə anaons verildikdən sonra Kərimlinin və ailə üzvlərinin internetə bütün çıxış imkanları məhdudlaşdırılıb, mənzilinin telefon xətləri bağlanıb. Bu səbəbdən AXCP sədri canlı yayıma qoşula bilməyib.

CivilAzerbaijan.com
AmerikanınSəsi-nə istinadla bildirir ki, bu barədə Azərbaycan Xalq Cəbhəsi məlumat yayıb.

“Hazırda Əli Kərimli evindədir, kommunikasiya imkanlarının kəsilməsindən başqa narahatlıq yoxdur,” AXCP-nin aprelin 14-də yaydığı məlumatda deyilir.

AXCP koronavirusla bağlı elan edilən karantin dövründə bütün kütləvi tədbirləri dayandırıb.

CivilAzerbaijan.com-un məlumatına görə, qurumun bəyanatında deyilir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası Azərbaycan xalqını pandemiya dövründə ciddi karantin qaydalarına əməl etməyə çağırıb və bu çağırışına sadiqdir.

“Ölkədə rəsmi karantin elan edilməzdən iki həftə öncə AXCP qərar qəbul edərək bütün kütləvi tədbirlərini təxirə salıb və bunu rəsmi elan edib. Ölkədə COVİD-19 virusunun geniş yayılmaması üçün hakimiyyətə mütamadi təkliflərini verib. Əhalinin maariflənməsini və az təminatlı təbəqənin karantin qaydalarına əməl etməsi üçün yardım almasını vacib hesab edib və edir. Hökumətə aid internet səhifələrində güya Əli Kərimlinin əhalini küçələrə çağırması barədə yazılanlar hakimiyyətin Əli Kərimlini şərləmək və təcrid etmək planının başlanğıcıdr. Bütün dünya və yerli ictimaiyyət bu barədə hər şeyi aydın və açıq bilir. AXCP özünün dinc və demokratik mübarizəsindən geri çəkilməyəcək və sivil mübarizəsinə davam edəcək,” sənəddə qeyd edilir.

Rəsmi qurumlar AXCP-nin məlumatına və bəyabatına hələ münasibət bildirməyib.

Daxili İşlər Nazirliynin mətbuat xidməti karantin dövründə müxalifətə qarşı təzyiq və təqiblərlə bağlı məlumatları bir neçəı gün öncə təkzib edib. Mətbuat xidməti qanunvericiliyin bütün insanlara aid olduğunu vurğulayıb.
Geri qayıt