Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Ali Məhkəmənin İlqar Məmmədov və Rəsul Cəfərovla bağlı

Ali Məhkəmənin İlqar Məmmədov və Rəsul Cəfərovla bağlı


23-04-2020, 13:33.
title}
Ali Məhkəmənin İlqar Məmmədov və Rəsul Cəfərovla bağlı


Aprelin 23-də Ali Məhkəmənin Plenumunun iclasında ReAL Partiyasının sədri İlqar Məmmədovun işinə baxılıb.

CivilAzerbaijan.com
bildirir ki, plenumun qərarıyla İ.Məmmədovun barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

Həmçinin, İ.Məmmədova mənəvi ziyana görə kompensasiya təyin edilib.

Qərarı AzadlıqRadiosuna şərh edən İ.Məmmədov bunu Azərbaycan məhkəmə-hüquq tarixində yeni mərhələ adlandırıb: "Mənim üzərimdən nəinki məhkumluq götürüldü, mən artıq təqsirsizəm. Bundan o tərəfi yoxdur, tam haqlı, tam hüquqlu vətəndaşam. Mənəvi kompensasiya da önəmlidir. Amma ən önəmli odur ki, Ali Məhkəmənin Plenumu mənim təqsirsizliyimi təsdiqlədi".

İ.Məmmədov kompensasiyanın məbləğini açıqlamayıb. Nəticələri ləğv olunan dairələr üzrə keçiriləcək parlament seçkilərində iştiraka gəlincə, ReAL sədri bildirib ki, bu məsələ ilə bağlı hələ konkret qərarı yoxdur: "Onu hələ dəyərləndirəcəyik".

+++

ReAL-ın İdarə Heyətinin üzvü, hüquq müdafiəçisi Rəsul Cəfərov haqqında da eyni qərar çıxarılıb. Onun barəsindəki cinayət işinə də bəraətverici əsaslarla xitam verilib.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, qanunsuz həbsdə saxlandığı müddətə görə R.Cəfərova 57 min 400, İ.Məmmədova isə 234 min manat kompensasiya təyin edilib.
Geri qayıt