Əsas Səhifə > Azərbaycan / Manşet / Üst manşet > Azərbaycan-İran sərhəddində atışma: ölən var

Azərbaycan-İran sərhəddində atışma: ölən var


23-04-2020, 13:57.
title}
Azərbaycan-İran sərhəddində atışma: ölən var


Dünən, aprelin 22-si saat 15:30 radələrində Azərbaycan-İran sərhədində insident baş verib.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Məlumatda yazılıb ki, Yardımlı rayonunun sərhəd zastavasının xidməti ərazisində 3 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması aşkar olunub.

DSX bildirib ki, sərhəd naryadı "Dayan" əmri verərək havaya xəbərdarlıq atəşi açıb. Amma vurğulandığına görə, sərhəd pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açıblar: ""Dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunub və sərhəd pozucularından 1-i yaralanıb. Digər sərhəd pozucuları ərazinin sıx meşəlik və hava şəraitinin dumanlı olmasından istifadə edərək geri qaçıblar. Yaralanmış sərhəd pozucusuna ilkin tibbi yardım göstərilərək Cəlilabad rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub, lakin görülən tədbirlərə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb".

DSX qeyd edib ki, hadisə yerində ümumi çəkisi 2 kq olan həşiş qatranına bənzər narkotik vasitə, 1 lüləsi kəsilmiş qoşalülə ov tüfəngi, 6 patron, 1 patron gilizi aşkar olunub: "İran tərəfinin sərhəd nümayəndəsi görüşə dəvət olunub, hadisə yerində görüş keçirilib. Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin və Lənkəran Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir".

Həlak olan şəxsin şəxsiyyəti açıqlanmır. Hələlik, onun yaxınlarının və İran tərəfinin bu açıqlamaya münasibətini almaq mümkün olmayıb.
Geri qayıt