Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > AŞPA-da Azərbaycan nümayəndə heyətinin

AŞPA-da Azərbaycan nümayəndə heyətinin


27-04-2020, 14:47.
title}
AŞPA-da Azərbaycan nümayəndə heyətinin


Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin yeni tərkibi müəyyənləşib.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə Milli Məclisdən məlumat verilib.

Məlumata görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə Səməd Seyidov (sədr), Erkin Qədirli, Fazil Mustafa, Tural Gəncəliyev, Könül Nurullayeva, Rafael Hüseynov, Asim Mollazadə, Kamal Cəfərov, Sevinc Fətəliyeva, Pərvin Kərimzadə, Nigar Arpadarai və Sabir Hacıyev daxildir.

Yeni tərkibin siyahısı AŞPA-ya göndərilib. Yeni tərkibdə sədr və bəzi üzvlər bundan əvvəlki tərkibdə də yer almışdılar. Azərbaycanda son parlament seçkiləri bu il fevralın 9-da keçirilib.
Geri qayıt