Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > AŞPA məruzəçilərinin Azərbaycan hakimiyyətinə

AŞPA məruzəçilərinin Azərbaycan hakimiyyətinə


15-05-2020, 13:06.
title}
AŞPA məruzəçilərinin Azərbaycan hakimiyyətinə


AŞPA-nın Azərbaycanın monitorinqi üzrə məruzəçiləri Ştefan Şennax (Avstriya) və Rocer Qeyl (Böyük Britaniya) hakimiyyətin pandemiyaya qarşı mübarizə adı altında öz tənqidçilərini təqib etməsindən narahat olduqlarını bildiriblər.

CivilAzerbaijan.com
bildirir ki, məruzəçilər həmçinin ədalətsiz məhkəmə prosesləri zamanı mühakimə olunmuş və beynəlxalq birlik tərəfindən siyasi məhbus hesab edilən məhbusların təhlükəsizliyilə bağlı narahatdırlar.

“Biz COVID-19 pandemiyasına qarşı təhlükəsizlik tədbirləri adı altında hökumətin opponentlərinə qarşı genişmiqyaslı repressiyaları və ifadə azadlığının, o cümlədən İnternetə çıxışın məhdudlaşdırılması barədə çoxsaylı məlumatlar almışıq”, - bəyanatda bildirilir.

“15-dən çox müxalifət fəalı və jurnalist karantin qaydalarını pozulması və ya polisə tabe olmamaq ittihamı ilə 30 günədək həbs cəzasına məhkum edilib. Biz xüsusilə müxalifətyönlü Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin de-fakto ev dustaqlığına məruz qalması, onun İnternet və telefon xətlərinin bloklanması barədə xəbərlərdən narahatıq.

Tənqidi bəyanatlardan sonra psixiatrik xəstəxanaya yerləşdirilmiş müxalifət fəalı Aqil Hümbətovun işi son dərəcə narahatlıq doğurur”, - onlar əlavə ediblər.

“Təəssüf ki, bu həbslər hökumətin tənqidçilərinə qarşı köhnə repressiya sxemidir. Hazırkı şəraitdə biz siyasi məhbusların və vicdan məhbuslarının təhlükəsizliyi ilə bağlı çox narahatıq, çünki onların sağlamlığı və həyatı COVİD-19 mümkün infeksiyası nəticəsində təhlükə altındadır”.

“Biz Azərbaycan hakimiyyətini ifadə azadlığı ilə bağlı ölkənin beynəlxalq öhdəliklərinə ciddi riayət etməyə və siyasi müxalifəti boğmaq üçün koronavirus pandemiyası ilə mübarizəyə yönələn tədbirlərdən sui-istifadədən çəkinməyə çağırırıq”, - onlar vurğulayıblar.
Geri qayıt