Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Hüquq müdafiəçiləri Əli Kərimliyə baş çəkəcəklər

Hüquq müdafiəçiləri Əli Kərimliyə baş çəkəcəklər


20-05-2020, 15:57.
title}
Hüquq müdafiəçiləri Əli Kərimliyə baş çəkəcəklər


Gələn həftə bir qrup hüquq müdafiəçisi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlini evində ziyarət edəcək. Onun problemlərini öyrənib müvafiq qurumların diqqətinə çatdıracaq.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə Turan-a Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib.

Müxalifət partiyası liderinin evinə getmək fikri onunla bağlıdır ki, o, faktiki olaraq bir aydan çoxdur ki, ev dustaqlığındadır və xarici aləmlə ünsiyyəti tamamilə bloklanıb.

Ə.Kərimlinin ətrafının həbslərini şərh edən hüquq müdafiəçisi ötən gün AXCP liderinin mühafizəçisi Niyaməddin Əhmədova qarşı irəli sürülən terrorizmin maliyyələşdirilməsinə dair ittihamın doğruluğuna şübhə ilə yanaşıb.

“Əli Kərimlini neçə illərdir tanıyıram. O çox ehtiyatlı siyasətçidir. Bu səbəbdən Əli Kərimlinin ətrafında terror hazırlayanların, bandit qruplaşmasının üzvlərinin olmasına inanmıram. Hökumətin addımları düzgün deyil. Bunlar Əli Kərimlinin tərəfdarlarını tutmaqla Azərbaycan xalqına və beynəlxalq ictimaiyyətə hansı mesajı vermək istəyirlər? Bilməlidirlər ki, ölkəyə daha sərt beynəlxalq təpkilər hazırlayırlar”, - N.Cəfəroğlu deyib.
Geri qayıt