Əsas Səhifə > Azərbaycan > Şəmkirdə qadın özünü yandırıb
Şəmkirdə qadın özünü yandırıb5-04-2017, 23:42. |
Şəmkirdə 38 yaşlı qadın özünü yandırıb. SİVİL.AZ xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Şəmkir şəhərində qeydə alınıb. Rayon sakini 1979-cu il təvəllüdlü Sevinc Hüseynova üzərinə benzin tökərək özünü yandırıb. O, əvvəlcə rayon Mərkəzi xəstəxanaya daha sonra Gəncəyə, oradan isə Bakıda olan aidiyyatı üzrə xəstəxanaya aparılıb. Qadının hansı səbəbdən özünü yandırdığı hələ ki, məlum deyil. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır. Geri qayıt |