Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Milli Şuradan Daxili İşlər Nazirliyi ilə bağlı

Milli Şuradan Daxili İşlər Nazirliyi ilə bağlı


9-06-2020, 19:07.
title}
Milli Şuradan Daxili İşlər Nazirliyi ilə bağlı


Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) iyunun 8-də Bakının Yasamal rayonunda polisin güc əməliyyatını və 11 dinc vətəndaşın saxlanılmasını qəti şəkildə pisləyib.

CivilAzerbaijan.com
Turana istinadla bildirir ki, Milli Şura öz bəyanatında vətəndaşlarla qeyri-insani, alçaldıcı, ləyaqəti alçaldan rəftar etdiyinə görə DİN-in xalqdan üzr istəməsini tələb edib.

Hakim rejim öz xalqı ilə əsir kimi davranmağa son qoymalıdır.

Məhkəmənin qərarı olmadan vətəndaşların mənzillərinə girmək və zorakılıq tətbiq etmək ölkə Konstitusiyasına və Avropa İnsan Hüquqları Konvensiyasına ziddir.

DİN artıq çoxdan konstitusion nəzarətdən çıxıb və nəinki mənəvi, siyasi, hüquqi rəzaləti və cinayəti özü icra edir, hətta ölkə əhalisinin gözünü qorxutmaq və haqları uğrunda mübarizədən çəkindirmək məqsədilə cinayətkar hərəkətlərə yol verir. Bundan əlavə, DİN əhalini qorxutmaq məqsədilə vətəndaşlara qarşı işgəncələri videoya çəkir və sosial şəbəkələrdə yerləşdirir, - bəyanatda bildirilir.
Geri qayıt