Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > AXCP fəallarından polis zorakılığına
AXCP fəallarından polis zorakılığına18-06-2020, 18:23. |
Bu gün, iyunun 18-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının bir qrup qadın fəalı Bakıda, Səməd Vurğun bağının qarşısındakı parkda etiraz aksiyası keçirməyə cəhd edib. CivilAzerbaijan.com AmerikanınSəsinə istinadla bildirir ki, fəallar Bakıda sərt karantin rejimi zamanı iyunun 7-də və 8-də Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində sakinlərlə polis arasında yaşanan insidentə etiraz edib və Yeni Yasamal massivinin sakinlərinə qarşı polis zorakılığını pisləyən şüarlar səsləndiriblər. Polis aksiyanın qarşısnı alıb. Bir neçə fəal saxlanılıb. Xatırladaq ki, iyunun 16-da da Bakıda bir qrup ictimai fəal Daxili İşlər Nazirliyinin qarşısında "Polis zorakılığına son!" şüarı ilə etiraz aksiyası keçirməyə cəhd edib. Geri qayıt |