Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Avropa İttifaqı Azərbaycanla viza rejimini liberallaşdırır? - Avropa komissarından
Avropa İttifaqı Azərbaycanla viza rejimini liberallaşdırır? - Avropa komissarından24-06-2020, 13:22. |
Avropa İttifaqının qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Vareli hesab edir ki, Avropa İttifaqı Azərbaycanla viza rejiminin liberallaşdırılması məsələsinə baxmağa hazırdır. CivilAzerbaijan.com-un məlumatına görə, Vareli bu barədə Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin videokonfransının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib, xəbəri SchengenVisaInfo.com yayıb. Komissar qeyd edib ki, yaxın günlərdə Şərq Tərəfdaşlığı ölkələrindən, o cümlədən Azərbaycandan Avropa İttifaqına vizasız səyahət xahişinə baxıla bilər. “Bizim meyarlarımız və şərtlərimiz məlumdur. Belə bir xahişlə bizə müraciət etsələr, əlbəttə ki, buna baxacağıq”, deyə Vareli bildirib. Onun sözlərinə görə, “Şərq Tərəfdaşlığı Avropa üçün” əsas prioritetlərdən biridir və hər zaman belə qalacaq, Turan İA-nın məlumatında qeyd olunur. Öz növbəsində Avropanın ali nümayəndəsi Jozep Borell elə həmin mətbuat konfransında deyib: “Bu gün biz Şərqdəki tərəfdaşlarımıza çətin zamanlarda belə bizə güvənə biləcəklərini aydın şəkildə çatdırdıq. Eyni zamanda, biz gələcəyə birgə baxmalı və bu münasibətləri, tərəfdaşlığın gələcək nəticələrini necə ən yaxşı şəkildə formalaşdırmalı olduğumuzu düşünməliyik”, deyə Borell qeyd edib. Videokonfransın əsas məqsədi koronavirus pandemiyası dövründə birgə addımları, Avropa İttifaqının Şərq Tərəfdaşlığı regionunda koronavirusun nəticələrinin aradan qaldırılmasına yardımının həyata keçirilməsi məsələlərini müzakirə etməkdən ibarət idi. Bir müddət əvvəl Avropa Şurası viza rejiminin liberallaşdırılmasında Şərq Tərəfdaşlığı ölkələrinin vizaların liberallaşdırılması üzrə mövcud fəaliyyət planına və readmissiya haqqında sazişə riayət etməsinin həyati əhəmiyyət kəsb etdiyini bəyan edib. Geri qayıt |