Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > RealTV-nin qanunsuz maliyyələşdirilməsi haqqında

RealTV-nin qanunsuz maliyyələşdirilməsi haqqında


23-07-2020, 14:54.
title}
RealTV-nin qanunsuz maliyyələşdirilməsi haqqında


Son 7 ay ərzində müxtəlif büdcə və dövlət təşkilatları özəl televiziya kanallarından birinə malumatların yayımlanması xidməti üzrə müqavilələr bağlayır, buna görə ona külli miqdarda vəsait ödəyirlər.

CivilAzerbaijan.com
-un Turan-a istinadla məlumatına görə, media eksperti Xalid Ağəliyev hesab edir ki, dövlət qurumlarının bu davranışları qanunvericiliyin tələblərinə uyğun deyil.

Bu gün Dövlət Radiotezliklər İdarəsi verilişlərini televiziya məkanında “RealTV” adı altında yayımlayan “Real Təhlil İnformasiya Mərkəzi” MMC ilə müqavilə imzaladığını elan edib. Məlumat Dövlət Satınalmalarının Vahid Elektron Portalı vasitəsilə təqdim olnub. Burada deyilir ki, iyulin 8-də bağlanan müqaviləyə əsasən, “RealTV” “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyətinin ictimaiyyətə çatdırılması işinin effektiv təşkilini həyata keçirmək üçün nazirlik üzrə görülən işlərin müasir tələblərə cavab verən kütləvi informasiya vasitəsində daha geniş miqyasda işıqlandırılması” ilə məşğul olacaq. Televiziya bu işləri bu ilin oktyabrın sonunadək icra edəcək və işinə görə 24 180 manat alacaq.

Daha övcə bənzər xidmətlərin göstərilməsi üçün Bakı Nəqliyyat Agentliyi və Dövlət Məşğulluq Xidməti “RealTV”-yə müvafiq olaraq 70 800 və 60 000 manat ödəyiblər.

Dövlət qurumlarının özəl televiziya kanallarından birinə dövlət satınlama müqaviləsi yolu ilə iriməbləğli pul vəsaitinin ödənilməsini media eksperti, hüquqşünas Xalid Ağəliyev birmənalı olaraq doğru hesab etmir. Jnun fikrincə, belə müqavilələr qanunvericiliyə və media etikasına uyğun gəlmir.

“Media hökumətə nəzarət edən ictimai institutdur. Bu baxımdan yanaşdıqda dövlət qurumlarının mediaya məhz yaydığı məlumatlara, xəbərlərə görə ardıcıl pul ödəməsi haqlı olaraq, qüsurlu görünür. Belə müqavilələr həm də qanuni baxımdan ciddi problemlidir”. Ekspert bu mövqeyini teleradio sahəsini tənzimləyən qanunvericiliyin normaları ilə əsaslandırır: “Televiziya və radio yayımı haqda” qanun dövlət qorqanlarının hansı bilgilərinin bütün yayımçılar tərəfindən yayılmalı olmasının dairəsini cızıb. Qanunun 12-ci maddəsinə görə, bütün yayımçılar insanların fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə dövlət orqanlarının bilgilərini dərhal və pulsuz yaymağa borcludur. Qanunda “dövlətin ehtiyacları üçün yayım məhsulları” anlayışı var, hansı ki, həmin məhsulların hazırlanması üçün büdcədən vəsait ödənilə bilər. Ancaq bu, başqa məsələ ilə bağlıdır. Bu kateqoriyaya daxil olan məhsullar teleradio yayımı sahəsində müvafiq dövlət orqanı – Milli Televiziya və Radio Şurası tərəfindən sifariş edilən məhsullar daxildir”.

Ekspert deyir ki, teleradio qanunvericiliyi həmçinin proqramların hazırlanmasına sponsorluq imkanı verir. Belə proqramlar onun sponsoru açıq göstərilməklə dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən maliyyələşdirilə bilər. “Ancaq qanun birmənalı olaraq, xəbərlər buraxılışlarına, siyasi məzmunlu proqramlara belə sponsorluğu qadağan edir. Qanunda açıq yazılır ki,xəbərlərin buraxılışı və siyasi informasiya proqramları sponsorların maliyyə köməyi ilə hazırlana bilməz”, - Xalid Ağəliyev qeyd edir.

“RealTV”-nin təsisçisi Azərbaycanda və Ukraynada bizneslə məşğul olan İman Quliyevdir. Televiziya yayıma internet televiziyası kimi 2018-ci ilin fevral ayında başlayıb, 2019-cü ildə isə ümumrespublika televiziya kanalı olaraq MTRŞ-dan lisenziya alıb. Müşahidəçilərin bir çoxu bu fikirdədir ki, televiziyanın direktoru Mirşahin Ağayev onun resurslarından siyasi müxalifətə və hakimiyyətə əks və alternativ mövqedə olan şəxslərə və təşkilatlara qarşı istifadə edir.
Geri qayıt