Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov saxlanılıb

Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov saxlanılıb


13-08-2020, 18:43.
title}
Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov saxlanılıb


Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti avqustun 13-də ölkənin Serbiya və Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənovun saxlanılması barədə məlumat yayıb.

CivilAzerbaijan.com
bildirir ki, DTX-nin məlumatına görə, o, ölkə XİN-in Konsulluq İdarəsində aşkar edilmiş mənimsəmə faktlarında şübhəli bilinir.

“Davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilmiş, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilmişdir.

Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulmuşdur”, deyə məlumatda bildirilir.

Qeyd edək ki, Eldar Həsənov Azərbaycanın keçmiş baş prokurorudur. O, dünən Bakıya gəlib və Azərbaycan və Serbiyanın Təhlükəsizlik Şurası başçılarının danışıqlarında iştirak edib, - Turan-ın məlumatında qeyd olunur.
Geri qayıt