Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > ABŞ səfiri Li Litzenberger azərbaycanlı vəkillərlə görüşüb
ABŞ səfiri Li Litzenberger azərbaycanlı vəkillərlə görüşüb24-08-2020, 19:26. |
Avqustun 20-də ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger ABŞ-ın Azərbyacandakı Səfirliyində vəkillər Elçin Sadıqov və Aqil Layıcovla görüşüb. CivilAzerbaijan.com-un məlumatına görə, Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, saat yarım davam edən görüşdə Azərbaycanda insan hüquqlarının, vəkilliyin durumu, o cümlədən 14-15 iyul hadisələrindən sonra həbs edilən şəxslərin hüquqlarının müdafiəsi məsələləri diqqət mərkəzində olub. ABŞ Səfirliyi hələ bu görüşlə bağlı məlumat yaymayıb. Xatırladaq ki, iyulun 14-15-də Azərbaycan Ordusunu müdafiə məqsədi ilə keçirilən aksiya zamanı yaranmış insident faktı ilə bağlı qaldırılmış cinayət işi üzrə hüquq müdafiəçilərinin hesablamalarına görə yüzdən çox insan saxlanılıb. Saxlanılanlar arasında müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının çoxsaylı fəalları, o cümlədən ADR Hərəkatının bir neçə üzvü var. Geri qayıt |