Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Əli İnsanovun köməkçisi yoxa çıxıb -

Əli İnsanovun köməkçisi yoxa çıxıb -


6-09-2020, 13:59.
title}
Əli İnsanovun köməkçisi yoxa çıxıb -


Azərbaycan Haqq Ədəlat Partiyasının İdarə Heyətinin üzvü, partiya sədri Əli İnsanovun köməkçisi Rəşad Abbaslı sentyabrın 5-də yoxa çıxıb.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə Haqq Ədalət Partiyası məlumat yayıb.

Partiyadan Amerikanın Səsinə bildiriblər ki, Rəşad Abbaslı evindən çıxan zaman 4 nəfər mülki geyimli şəxs tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb. Saxlanılan andan onun mobil telefonu söndürülüb.

“İndiyədək Abbaslının harada olması barədə nə ailəsinə, nə də Haqq Ədalət Partiyasına hər hansı məlumat verilməyib. Rəşad Abbaslının valideynləri yaşadığı ərazidəki Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsində olub. Polis Abbaslını itkin düşmüş şəxs kimi qeydə alıb,” Haqq Ədalət Partiyasından deyiblər.

Haqq Ədalət Partiyası Partiyası partiya sədrinin köməkçisinin siyasi məqsədlərlə saxlanıldığını güman edir.

Rəsmi qurumlar Rəşad Abbaslının saxlanılması və ya taleyi ilə bağlı hələ məlumat yaymayıb.

Öz növbəsində, Azərbaycan hakimiyyəti ölkədə insanların siyasi iradəsinə görə təqib olunmadığını, vətəndaşların qanun qarşısında bərabər olduğunu bildirir.

Haqq Ədalət Partiyasının sədri keçmiş səhiyyə naziri Əli İnsanovdur, AmerikanınSəsi-nin məlumatında deyilir.
Geri qayıt