Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Tofiq Yaqubluya dəstək

Tofiq Yaqubluya dəstək


7-09-2020, 13:33.
title}
Tofiq Yaqubluya dəstək


Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun müdafiəsi ilə bağlı aclıq aksiyasının keçirildiyi deyilir.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə AzadlıqRadiosuna Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi məlumat verib: "AXCP-nin üç üzvü artıq beş gündür ki, aclıq aksiyası keçirir. Bunlar Ayət İsmayıl, Tofiq Məmmədov və Elnur Həsənovdur. Onlar T.Yaqublu ilə həmrəylik nümayiş etdirərək aclıq aksiyasına başlayıblar və hələ də aksiyanı davam etdirirlər".

S.Həzinin vurğulamasına görə, aksiyaya qoşulmaq üçün müraciət edənlər var, amma yer problemi ilə bağlı onların istəklərini gerçəkləşdirmək mümkün olmayıb. Müxalifətçi əlavə edib ki, həmin üç cəbhəçi də aksiyanı, hələlik, evlərində keçirirlər.

Qeyd edək ki, T.Yaqublu sentyabrın 3-dən həbsxanada həbsinə etiraz olaraq aclıq aksiyasına başlayıb.
Geri qayıt