Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Tofiq Yaqublunun səhhətində hansı problemlər aşkarlanıb? -

Tofiq Yaqublunun səhhətində hansı problemlər aşkarlanıb? -


16-09-2020, 13:10.
title}
Tofiq Yaqublunun səhhətində hansı problemlər aşkarlanıb? -


Sentyabrın 15-də "City Hospital"-da olan Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqubludan analizlər götürüldü.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə Turana həkim Adil Qeybulla məlumat verib. Onun sözlərinə görə biokimya analizlərində müəyyən dəyişikliklər müşahidə olunur. "Bu dəyişiklik qaraciyərlə bağlıdır. Ona görə biz bu gün infuziyanı başladıq və davam etdirəcəyik. Tofiq Yaqublunun vəziyyətini hələlik qənaətbəxş sayıla bilər, amma aclıq edən adam hər an problem yaşaya bilər".

Tofiq Yaqublunun qızı Nigar Həzi isə bildirib ki, T.Yaqublu aclığı davam etdirir. "Bu gün bir çox analizlər götürülüb, 14 günlük aclığın fəsadları analizlərdə özünü göstərir. Nəticələr normadan ya aşağıdır, ya da ki, yuxarı. Aclıq bir az da davam etsə, yenə həyatına təhlükə riski artacaq".

Həzi əlavə edib ki, bu gün Yaqublunun yanına onun vəkili Aqil Layıcı buraxmayıblar.
Geri qayıt