Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Avropa Məhkəməsi Rauf Mirqədirovla bağlı qərarını elan etdi

Avropa Məhkəməsi Rauf Mirqədirovla bağlı qərarını elan etdi


17-09-2020, 13:46.
title}
Avropa Məhkəməsi Rauf Mirqədirovla bağlı qərarını elan etdi


Sentyabrın 17-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) "Rauf Mirqədirov Azərbaycana və Türkiyəyə qarşı" işi üzrə qərarını elan edib.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə AzadlıqRadiosuna hüquqşünas Xalid Ağalıyev məlumat verib. Onun deməsinə görə, qərara əsasən, Azərbaycan jurnalistə münasibətdə Avropa Konvensiyasının 5-ci (Azadlıq və toxunulmazlıq), 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ) və 8-ci (Şəxsi həyatın toxunulmazlığı) maddələrinin pozuntusuna yol verib.

X.Ağalıyevin vurğulamasına görə, bu pozuntulara görə Azərbaycan hökuməti R.Mirqədirova 20 min avro təzminat ödəməlidir.

Hüquqşünasın əlavə etməsinə görə, məhkəmə ərizəçinin Türkiyə Respublikasına qarşı 5.4-cü maddə (Azadlıqdan məhrum edilmiş hər kəs onun həbsinin qanuniliyinə məhkəmədə təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi orada qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir) ilə bağlı iddialarını isə incələməyə ehtiyac duymayıb. Türkiyəyə qarşı digər şikayətlər isə qəbuledilməz sayılıb.

Hələlik, bu qərara Azərbaycan və Türkiyə rəsmilərindən münasibət almaq mümkün olmayıb.
Geri qayıt