Əsas Səhifə > Azərbaycan / Manşet / Üst manşet > Səməd Seyidov: ‘Ölkə göz önündə dəyişir’
Səməd Seyidov: ‘Ölkə göz önündə dəyişir’19-09-2020, 23:29. |
Azərbaycanda siyasi məhbus mövzusu, artıq bir neçə on ildir davam edir. Yerli hüquq müdafiə təşkilatları siyasi məhbus saydıqları şəxslərlə bağlı siyahılar hazırlayırlar. Hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbus olmasını əsasən, açıq dillə inkar edirlər. Rəsmilər bir qayda olaraq vurğulayırlar ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər. Lakin Azərbaycandan siyasi məhbus sayılan bir sıra insanlarla bağlı şikayətlər Avropa İnsan Haqları Məhkəməsinə də gedib çıxıb. Hətta, hökumət onlardan bəzi işlərlə bağlı kompensasiya da ödəməli olub. CivilAzerbaijan.com bildirir ki, bu məsələ Azərbaycanla Avropa Şurası arasında da mübahisəli məsələ kimi qalmaqda davam edir. Hərçənd, qurum, artıq Azərbaycana bu məsələ ilə bağlı məruzəçi də təyin edib. Hazırda yerli hüquq müdafiəçiləri vurğulayırlar ki, Azərbaycanda 150 civarında siyası məhbus var. Tofiq Yaqublunun işi... Dünən, sentyabrın 18-də onlardan biri həbsinə etiraz olaraq 17 günlük aclıq aksiyası keçirən Milli Şura və Müsavat Partiyasının üzvü tofiq Yaqublu isə ev dustaqlığına buraxılıb. T.Yaqublu bu il martın 22-də tutulmuşdu. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunurdu ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Elxan Cəbrayılov-un (zərərçəkən kimi tanınıb) idarə etdiyi "VAZ-2107" ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib". T.Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunub. Amma siyasətçi özünü təqsirli bilmir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir. Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə T.Yaqublu 4 il 3 ay azadlıqdan məhrum edilib.T .Yaqublu isə sentyabrın 2-dən dövlət ittihamçısının ona cəza istəməsindən sonra aclıq aksiyasına başlamışdı. Dünən sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılan müxalifətçi artıq, aclıq aksiyasını da dayandırıb. “Bu gün demək olmaz ki, xalqın sözü keçmir” Milli Məclisin İnsan Haqları Komitəsinin üzvü deputat Razi Nurullayev “ Turan” agentliyinə mövzu ilə bağlı deyib ki, Tofiq Yaqublu barədə bu qərarı yüksək dəyərləndirir. Onun fikrincə, əvvəlki illərdən fərqli olaraq hakimiyət bu dəfə ictimaiyyətin, ziyalıların, siyasətçilərin, parlament üzvlərinin çağırışını nəzərə alıb: “Bu gün demək olmaz ki, xalqın sözü keçmir. Əgər xalq haqlı bildiyi işin arxasında dayanıb tələb edirsə, həmin işə də nail ola bilər”. “Məsələ tam olaraq hüquqa söykənməlidir” Onun fikrincə, Azərbaycan hüquq sistemində daha ciddi dəyişikliklərə getməlidir: “Ümumiyyətlə verilən qərarlarda siyasi çalarlar qətiyyən olmamalı, məsələ tam olaraq hüquqa söykənməlidir”. Deptat əlavə edib ki, bu sahədə müəyyən irəliləyişlər var və günü-gündən güclənir: “Ümid edirəm ki, Azərbaycanda fərqli düşüncəli bütün siyasi qüvvələr hakimiyyətlə siyasi məhbusların mələsini həll ermək üçün dialoqa getsələr bu məsələ birdəfəlik kökündən həll oluna bilər”. "...bu qərar çox düzgün bir qərardır" Azərbaycannin Avropa Şurası Parlament Assambleyasındakı (ASPA) nümyəndə heytinin rəhbəri, deputat Səməd Seyidov da agentliyə açıqlamasında söyləyib ki, Tofiq Yaqublu barəsindəki sentyabrın 18-də verilmiş qərarı bəyənib: “Qərardan xəbərim var, hesab edirəm ki, bu qərar çox düzgün bir qərardır. Bu qərar ən əsası ictimai fikrə hakimiyyətin hər bir qolunun diqqətlə yanaşmasının konkret göstəricisidir” “Bu yol çox çətin bir yoldur” O, hesab edir ki, ölkə göz önündə dəyişir, bu dəyişikliklər həyati əhəmiyyət kəsb edir. Onun fikrincə, bu yol çoxçətin bir yoldur: “Bu yol çox çətin bir yoldur. Bu müqavimətlə rastlaşan bir yoldur. Bunu həmişə görmüşük. Elə T.Yaqublunun işi də bunu birbaşa bizə göstərir. Ancaq əminəm ki, artıq bu istiqamətdə atılmış və atılacaq addımlar hökumətə daha ciddi, daha kəskin, israrlı islahatlar aparmağa təkan verəcək”. "Mən bu qərarı yarımçıq hesab edirəm" Hüquq müdafiəçisi Seçkilərin Moitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli isə Azadlıq Radiosuna deyib ki, Tofiq Yaqublunun bu şəkildə ev dustaqlığına buraxılması heç ürəkaçan deyil. O, hesab edir ki, 17 günlük aclıq aksiyası dirənişindən sonra həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdlirlməsi Azərbaycana utanc gətirən hadisədir: “Mən bu qərarı yarımçıq hesab edirəm. Tam ədalətli qərar deyil. T.Yaqublu barəsində veriləcək yeganə qərar onun bəraəti, barəsəində Nizami Rayon Məhkəməsinin qərarının dəyişdirilməsi ola bilər”. A.Məmmədli deyib ki, T. Yaqublu ölkədə nə ilk, nə də sonuncu siyasi məhbusdur və onun həbsindən sonra da xeyli şəxs də siyasi motivlərlə azadlığını itirəsi olub. Hüquq müdafiəçsinin fikrincə, Azərbaycan hakimiyyəti bu hadisədən dərs çıxarmalı, insanları tənqidi fikirlərinə görə, qondarma ittihamlarla həbs etmək ənənəsinə son qoymalıdır. “Bundan fərqli və layiqli cəmiyyət qurmaq olar” A.Məmmədli hesab edir ki, nə qədərki Azərbaycanda siyasi məhbus məsələsi həll edilməyib, vətəndaşla dövlətin dialoqundan, Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlar qarşısında öhdəliklərinin icrasından danışmaq əsassızdır: “Yəni siyasi məhbus məsələsi tez bir zamanda həllini tapmalıdır. T.Yaqublu məsələsində gördük ki, bunu həll etməyə doğru addım atmaq, insanları azadlığa buraxmaq, onların tələblərilə razılşamaq, bundan fərqli və layiqli cəmiyyət qurmaq olar”, AzadlıqRadiosu-nun məlumatında qeyd olunur. Geri qayıt |