Əsas Səhifə > Azərbaycan / Melange / Üst manşet > Heydər Əliyev Fondunun şagirdlərə verdiyi çantalar niyə geri alınıb?

Heydər Əliyev Fondunun şagirdlərə verdiyi çantalar niyə geri alınıb?


24-09-2020, 19:38.
title}
Heydər Əliyev Fondunun şagirdlərə verdiyi çantalar niyə geri alınıb?


Saatlı rayon Orta Muğan kəndində yeni məktəbin açılışı ilə bağlı 1-ci sinif şagirdlərinə verilən çantaların (məktəb ləvazimatları ilə birgə) geri alınması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

CivilAzerbaijan.com
bildirir ki, kənd sakinləri "Toplum Tv"yə Heydər Əliyev Fondu tərəfindən paylanılan çantaların dövlət televiziyasının çəkilişindən sonra yığıldığını deyib.

Onların sözlərinə görə, bu il 1-ci sinfə 58 şagird getsə də, onların yalnız 24-nə çanta verilib.

Orta Muğan kənd məktəbinin direktoru Zakir Tağıyev isə "Toplum Tv"yə məsələylə bağlı anlaşılmazlıq yaşandığını və bütün çantaların şagirdlərə qaytarıldığını deyib: "Birinci sinfə 58 şagird gəlsə də, Heydər Əliyev Fondu tərəfindən yalnız 24 şagirdə çanta verilib. Çantalar isə şagirdlərdən ona görə alınıb ki, yenidən valideynlərin iştirakı ilə onlara qaytarılsın. Yəni valideynlər çantaları imza çəkib götürməli idi. Geri alınma məqsədi də budur”.

Z.Tağıyevin sözlərinə görə, fondun digər şagirdlərə çanta verməsi nəzərdə tutulmayıb və bu barədə məktəbə heç bir məlumat daxil olmayıb.

Kənd sakinlərinin sözlərinə görə isə fonddan digər 34 şagirdə də çantaların verilməsi barədə məlumat verilib.

"Toplum Tv" Heydər Əliyev Fondundan məsələyə münasibət öyrənə bilməyib.
Geri qayıt