Əsas Səhifə > Azərbaycan / Melange / Üst manşet > Murov dağı silsiləsindəki əhəmiyyətli yüksəklik azad olunub

Murov dağı silsiləsindəki əhəmiyyətli yüksəklik azad olunub


27-09-2020, 19:56.
title}
Murov dağı silsiləsindəki əhəmiyyətli yüksəklik azad olunub


Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub.

CivilAzerbaijan.com
bildirir ki, əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb.

Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir.

Döyüş əməliyyatları davam edir.

***

Daha öncə verilən rəsmi məlumata görə Azərbaycan ordusunun əks-hücum əməliyyatı nəticəsində 7 kənd işğaldan azad edilib.

Belə ki, Azərbaycan ordusu Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kend Horadiz və Yuxarı Əbdurəhmanlı kəndlərini, habelə Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgər kəndlərini azad edib.

Bundan əlavə, Azərbaycan ordusu Ağdərin istiqamətində və Murovdağ dağ silsiləsində bir sıra düşmən postlarını məhv edib, yüksəklıkləri nəzarətə götürüb. (Turan)
Geri qayıt