Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Ermənistan ordusunun alayı darmadağın edilib -

Ermənistan ordusunun alayı darmadağın edilib -


29-09-2020, 12:51.
title}
Ermənistan ordusunun alayı darmadağın edilib -


"Azərbaycan Ordusunun atəş zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonu ərazisində yerləşdirilən 3-cü “Martuni” motoatıcı alayı darmadağın edilib".

CivilAzerbaijan.com
bildirir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

"Nəticədə canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilərə məruz qalan düşmən alayı tam dağıdılıb. Düşmən ordusunun komandanlığı hər kəsə müraciət edərək ölən və yaralıların təxliyə edilməsi üçün nəqliyyat vasitələri ilə kömək edilməsini istəyib.

Bölmələrimiz bir neçə dəqiqə əvvəl Xocavənd (Martuni) rayonu istiqamətindəki Ermənistan silahlı qüvvələri bölmələrinin “Uraqan” yaylım atəş sistemini məhv edib".

Füzuli şəhərinin azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir

Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin başqa bir məlumatında isə deyilir ki, sentyabrın 29-u səhər saatlarından etibarən Füzuli şəhərinin işğaldan azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir.

Səhər saat 07.00-08.00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib.

Hazırda döyüşlər davam edir. (Turan)
Geri qayıt