Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Müharibə: Azərbaycan və Ermənistanda hansı silahlar var?

Müharibə: Azərbaycan və Ermənistanda hansı silahlar var?


1-10-2020, 14:03.
title}
Müharibə: Azərbaycan və Ermənistanda hansı silahlar var?


Çərşənbə axşamı günü Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan öz rəsmi Facebook səhifəsində bəyan edib ki, Azərbaycan bütün Qarabağ cəbhəsi boyu geniş miqyaslı hücumlara başlayıb. Onun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyi daha yüksək atəş və dağıdıcı gücə malik silahlardan istifadə edə biləcəkləri ilə bağlı xəbərdarlıq edib.

CivilAzerbaijan.com
bildirir ki, BBC News Azərbaycanca cəbhədə gedən döyüşlərdə tərəflərin hansı silahlardan istifadə etməsi və mümkün yeni silahların cəlb olunması barədə araşdırmaçı, siyasi şərhçi Fuad Şahbazovun fikirlərini öyrənib.

Fuad Şahbazov bildirir ki, Ermənistan tərəfi yüksək dağıdıcı gücə malik silahlar dedikdə güman ki, öz balansında olan "İskəndər" ballistik raketləri nəzərdə tutur.

Müharibə: Azərbaycan və Ermənistanda hansı silahlar var?

Münaqişə tərəfləri ciddi hücum silahlarına malikdir. Fotoda İskəndər-M raketi atılır

"İskəndər"

"Bu raketlər kontinental ballistik raketlər hesab olunur və hətta nüvə başlığı daşıya biləcək imkanlara sahibdirlər. Bu silahlar Ermənistana verildiyi zaman Azərbaycanla Rusiya arasında münasibətlər xeyli gərginləşmişdi", - Fuad Şahbazov deyib.

O hesab edir ki, indiki halda bu raketlərin Ermənistan tərəfindən istifadəsi real deyil.

Şərhçi deyib ki, "İskəndər" raketləri 500 km qədər radiusda olan mövqeləri vurmaq imkanına malikdir.

Onun sözlərinə görə, bu silah Dağlıq Qarabağ ərazisində mənzilləndiyi təqdirdə Bakı da daxil olmaqla Azərbaycanın istənilən şəhərində olan məntəqəni vurmaq imkanına malikdir".

Mütəxəssis onu da deyib ki, bəzi fərziyyələrə görə, bu silah Ermənistandakı Rusiya hərbi bazasının istifadəsinə verilib və idarəsi Ermənistanın əlində deyil.

Müharibə: Azərbaycan və Ermənistanda hansı silahlar var?

Rusiya istehsalı "S-300" zenit-raket kompleksi

"S-300"

Fuad Şahbazov hesab edir ki, "dağıdıcı silahlar" növünə "S-300" raket kompleksi aid edilə bilər.

Bu gün Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Yerevan ətrafından "S-300" raket kompleksinin Qarabağa yola salınması ilə bağlı kəşfiyyat məlumatları var.

Azərbaycan Müdafiə Nazirliyi deyib ki, "Döyüşlərdə tətbiq edilməsi üçün Ermənistandan hərəkət edən "S-300" zenit raket kompleksi işğal onunmuş ərazilərimizə daxil olduğu anda məhv ediləcək".

Bir gün əvvəl Azərbaycan tərəfi Qarabağ ərazisində artıq bir "S-300" raket kompleksini məhv etdiyini deyib. Ermənistan tərəfi hələ ki, bu xəbəri təkzib etməyib.

"S-300" zenit raket kompleksi hava hücumundan müdafiə sistemidir.

Müharibə: Azərbaycan və Ermənistanda hansı silahlar var?

"S-300" zenit raket kompleksinin işləmə prinispi və təchizatı

Hər bir atəş vasitəsi dörd raket daşıyır (hədəf başına iki raket). Tam bir batalyon kompleksə cəmi 24 mərmisi olan altı başlatma vasitəsi, komanda-idarəetmə və uzaq mənzilli radar aşkarlama vasitələri daxildir.

Atəş vasitəsi üç saniyə ərzində şaquli hala gələrək, iki raket atmağa qadirdir və bu da onu çox yönlü və dəqiq edir.

Raketlər maksimum 27-30 km hündürlükdə 5-150 km məsafədə olan hədəfləri vurma imkanına malikdirlər.

Hər iki tərəfin cəbbəxanasında uzaq vuran və effektiv "S-300" hava hücumundan müdafiə kompleksləri var.

Bundan başqa Azərbaycan tərəfi döyüşlərin ilk günü Ermənistana məxsus "S-300" raket kompleksini vurduğunu açıqlayıb.

Döyüşlərin ilk günündə Azərbaycan Müdafiə Nazirliyi Ermənistana məxsus 12 ədəd "OSA" zenit raket kompleksini vurduğunu deyib.

"TOS-1A"

Müharibə: Azərbaycan və Ermənistanda hansı silahlar var?

Rusiya istehsalı "TOS-1A"

Şərhçi deyir ki, Ermənistan tərəfi iddia edib ki, Azərbaycanın cəbhədə "TOS-1A" kimi tanınan "Buratino" silahını istifadə etdiyindən onlar da Qarabağa "S-300" zenit raket komplekslərini gətiriblər.

Onun sözlərinə görə "TOS-1A" 500-3500 m hündürlüyündə olan hədəfləri 60-70 km məsafədən vura bilir.

"Bu alovsaçan silahdır və çox effektiv hesab edilir",- Fuad Şahbazov deyib.

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan video yayaraq Azərbaycanın bu silahdan istifadə etdiyini iddia etmişdi.

Fuad Şahbazov deyib ki, "Ermənistan tərəfi Azərbaycanın "Smerç" kompleksindən də istifadə etdiyini iddia edib".

Azərbaycan bu barədə şərh verməyib.

""Smerç" reaktiv raket sistemi təxminən 90-150 km radiusda olan hədəfləri vurmaq üçün nəzərdə tutulub", - şərhçi belə deyir. Azərbaycan tərəfi bu silahdan istifadəni nə təsdiq, nə təkzib edib.

"Smerç"

Müharibə: Azərbaycan və Ermənistanda hansı silahlar var?

BM-27 Uraqan

Bundan başqa, döyüşlərin ilk günlərində Azərbaycan tərəfi Ermənistana məxsus "Uraqan" raket yaylım atəş sisteminin məhv edilməsi məlumatını yayıb.

Fuad Şahbazov deyir ki, bu silah "Smerç"-in bazasında olan nisbətən zəif və köhnə silahdır. O bildirib ki, cəbhədə vurulduğu iddia edilən bu silah köhnə Sovet istehsalıdır.

Cənab Şahbazov bildirib ki, cəbhədə istifadə olunan dronlar barədə dolğun məlumat yoxdur.

"Cəbhədə Türkiyə istehsalı olan "Bayraktar", İsrail istehsalı olan taktiki dronlar istifadə olunur. Ola bilsin ki, bunlardan bəziləri vurulub. Vaxtaşırı Ermənistan tərəfi hansısa dronları vurduğunu bəyan edir, amma onlar haqqında heç bir tərəf detallı məlumat verməyib",- Fuad Şahbazov bildirib.

"T-72 Aslan"

Müharibə: Azərbaycan və Ermənistanda hansı silahlar var?

"T-72" tankı

Tərəflər tez-tez bir birinə məxsus tankların vurulması kadrlarını yayımlayırlar.

Fuad Şahbazov bildirib ki, Azərbaycan tərəfi döyüşlərdə "T-72 Aslan", Ermənistan isə daha çox "T-62" və "T-72" tanklarını istifadə edir və vurulması nümayiş olunan kadrlar da onlara aiddir.

O bildirib ki, Azərbaycan tərəfi bu tankları bəzən "Bayraktar" dronları, bəzənsə iri çaplı artilleriya vasitələrindən istifadə edərək vurub.

Müharibə: Azərbaycan və Ermənistanda hansı silahlar var?

Azərbaycan Müdafiə Nazirliyi "Ermənistana məxsus" tankın vurulmasını nümayiş etdirib

"BMP-2"

Döyüş əməliyyatlarından yayılan kadrlarda "BMP-2" piyadaların döyüş maşınının da geniş istifadəsi görünür.

Ermənistan tərəfi Azərbaycan məxsus iki belə maşının sıradan çıxarılması görüntülərini yayıb.

Müharibə: Azərbaycan və Ermənistanda hansı silahlar var?

Azərbaycana məxsus olduğu iddia edilən helikopterin fotosu

Hərbi əməliyyatlar başlayan ilk gün Azərbaycan tərəfi ona məxsus hərbi helikopterin vurulduğunu, amma heyət üzvlərinin sağ olduğunu bildirmişdi.

Ermənistan tərəfi isə indiyədək Azərbaycana məxsus bir neçə döyüş helikopterini vurduğunu bəyan edib.

Azərbaycanın Müdafiə Nazirliyi hələ ki, bu məlumatı nə təkzib, nə də təsdiq edib.

"F-16"

Müharibə: Azərbaycan və Ermənistanda hansı silahlar var?

"F-16" qırcısı təlim zamanı

Ermənistan tərəfi Qarabağ ərazisində Türkiyəyə məxsus "F-16" qırıcısının Ermənistanın "SU-25" təyyarəsini vurduğunu iddia edib.

Müdafiə Nazirliyinin sözçüsü Vaqif Dərgahlı BBC News Azərbaycancaya deyib ki, "Azərbaycan ərazisində "F-16" təyyarəsi yoxdur.

İkincisi Azərbaycan tərəfindən döyüşlərdə heç bir aviasiya vasitəsi istifadə olunmayıb, havaya qalxmayıb".

Türkiyə bu məlumatları təkzib edib. Mənbə: BBC News Azərbaycanca
Geri qayıt