Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Azərbaycan Ordusu Mincivan qəsəbəsini və daha 21 kəndi işğaldan azad edib

Azərbaycan Ordusu Mincivan qəsəbəsini və daha 21 kəndi işğaldan azad edib


21-10-2020, 21:22.
title}
Azərbaycan Ordusu Mincivan qəsəbəsini və daha 21 kəndi işğaldan azad edib


Azərbaycan Ordusu bir sıra topraqları da erməni işğalından azad edib.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə Prezident İlham Əliyev "Tvitter" səhifəsində bildirib.

"Rəşadətli Azərbaycan ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

Qeyd edək ki, Mincivan qəsəbəsi 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

Oktyabrın 4-də Cəbrayıl, oktyabrın 18-də Füzuli, oktyabrın 20-də Zəngilan rayonu işğaldan azad olunub.

Azərbaycan Ordusu Mincivan qəsəbəsini və daha 21 kəndi işğaldan azad edib

Geri qayıt