Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Azərbaycan Silahlı Qüvvələri Şuşa və Xankəndinə nə qədər yaxındır?
Azərbaycan Silahlı Qüvvələri Şuşa və Xankəndinə nə qədər yaxındır?5-11-2020, 13:18. |
Artıq bir neçə gündür ki, erməni tərəfi Şuşa və Xankəndinin girəcəyində Azərbaycan Silahlı Qüvvələrinin təxribatçı qruplarının “məhv edilməsi” və “neytrallaşdırılması” barədə məlumat verir. Ancaq hər gün bu qruplar “yenidən meydana çıxır”və “ uğurla neytrallaşdırılır”. CivilAzerbaijan.com Turan-a istinadla bildirir ki, ermənilər artıq inkar etmirlər ki, Azərbaycan Silahlı Qüvvələrinin öncül dəstələri Şuşadan 2-3 km. aralıdakı kəndlərdə döyüşürlər. Erməni qeyri-rəsmi mənbələrinin məlumatına görə, son bir həftədə döyüşlərin getdiyi Sıxnax, Daşaltı, Muxtar və bir sıra digər kəndlərin sakinləri çoxdan oraları tərk edərək Xankəndi və ya Şuşaya üz tutublar. Hakimiyyət onlara Qarabağdan çıxmağı qadağan edir, orada məcbur saxlayır. Bununla yanaşı, Şuşa-Laçın yolunda ermənilər üçün real təhlükə var. Minimu iki gündür ki, bura atəş altındadır. Atəşlərin yalnız artilleriyadan deyil, həm də minaatanlardan aparıldığını nəzərə alsaq, hücum edənlərin bilavasitə yaxınlıqda olduğu aydın olur. Xankəndinin 120 mm. minaatanlardan atəşə tutulması barədə erməni tərəfinin bugünkü məlumatı deyilənləri təsdiqləyir. Əgər belədirsə, Azərbaycan bölmələri şəhərdən 5-6 km. məsafədədir, çünki belə minaatanların atış məsafəsi 7 km. - dir. Xankəndi “mer”i David Sarkisyan “Sputnik Armeniya”ya bildirib ki, şəhərdə 56 min sakindən 17 min qalıb və qalanlar bomba sığınacaq yerlərində yaşayırlar. Hakimiyyət onları Ermənistana evakuasiya etməyə hazırlaşır. Bu bəyanatlar Azərbaycan hissələrinin bütün hücumlarının qarşısının uğurla alınması və düşmənin dəf edilməsilə bağlı Ermənistan Müdafiə Nazirliyinin fikirlərinə ziddir. Geri qayıt |