Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Azərbaycan Ordusu daha 48 kənd, 1 qəsəbə və 8 strateji yüksəkliyi azad edib -

Azərbaycan Ordusu daha 48 kənd, 1 qəsəbə və 8 strateji yüksəkliyi azad edib -


9-11-2020, 22:00.
title}
Azərbaycan Ordusu daha 48 kənd, 1 qəsəbə və 8 strateji yüksəkliyi azad edib -


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev axşam saatlarında daha 48 kəndin, 1 qəsəbənin və 8 strateji yüksəkliyin azad olunduğu elan edib.

CivilAzerbaijan.com
bildirir ki, bu, Bayraq Günündə ölkə başçısının Azərbaycan Xalqına verdiyi ikinci müjdədir.

Belə ki, Ali Baş Komandan günorta saatlarında da daha 23 kəndin işğaldan azad etdiyini açıqlamışdı.

Ümumilikdə isə, dövlət başçısı Şuşadan dərhal sonra 71 kənd, 1 qəsəbə 8 strateji yüksəklik azad olunması müjdəsini verib.

Günün ilk yarısında işğaldan azad edildiyi açıqlanan kəndlər:

Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndləri.

Günün ikinci yarısında işğaldan azad edildiyi açıqlanan kəndlər:

Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər, Xocalının Şuşakənd, Muxtar, Daşaltı, Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq, Zəngilanın Sobu, Qaragöz, İsgəndərbəyli kəndlərini, Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyini (2300 metr), Sığırt yüksəkliyini (1370 metr), Şükürataz yüksəkliyini (2000 metr) və əlavə 5 adsız strateji yüksəkliyi, Cəbrayılın Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər, Qubadlının Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli​ kəndləri.
Geri qayıt