Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Jurnalist Şahvələd Çobanoğlunun ölkədən çıxışına qoyulan qadağa ləğv olunub

Jurnalist Şahvələd Çobanoğlunun ölkədən çıxışına qoyulan qadağa ləğv olunub


23-12-2020, 20:48.
title}
Jurnalist Şahvələd Çobanoğlunun ölkədən çıxışına qoyulan qadağa ləğv olunub


Jurnalist Şahvələd Çobanoğlunun ölkədən çıxışına qoyulan qadağa götürülüb.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə o, facebook səhifəsində məlumat yayıb. Çobanoğlu koronavirusa yoluxub və uzun müddət xəstəxanada müalicə alıb.

“Xəstəxanada vəziyyətim yaxşı olmayanda, qızım yaxınlara və dostlara demişdi ki, Gülhanə xəstəxanasındakı hocaları deyib, atanı ora gətirsələr, həm COVID-in fəsadlarını, həm ürəkdə yaranan problemi, həm də əvvəldən olan xəstəliklərini müalicə edərlər. Bilmirəm bu mümkün idimi. Buna baxmayaraq, dəyərli vəkilim Zibeydə Zəkəriyeva prokurorluğa təcili teleqram vurub, məhkəməyə yenidən müraciət edib ki, sağlıq durumuma görə, ölkədən çıxışıma qadağanı müvəqqəti də olsa götürsünlər. Bəlli olub ki, ölkədən çıxışıma qadağa bir ay öncə götürülüb, amma xəbər verməyiblər. Məhkəmənin qərarına yaxın bu addımı atırlar, amma heç olmasa illərdir pozulan hüququmuzun bərpasını xəbər də vermirlər. Vətəndaşa qarşı bu qədər haqsızlıq etmələri, bu qədər amansızlıq və acımasızlıq bir yana, ən adi vəzifələrini yerinə yetirmirlər,” jurnalist facebook səhfəsində yazıb.

Xəbəri vəkil Zibeydə Zəkəriyeva da təsdiq edib və istintaq idarəsinin rəsmi məktubunun fotosunu yayıb. Məktubdan məlum olur ki, Çobanoğlunun ölkədən çıxışına məhdudiyytə noyabrın 11-dən götürülüb.

Şahvələd Çobanoğlunun ölkədən çıxışına qadağa 2014-cü ildə Baş Prokurorluq yanında Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi tərəfindən qoyulub.

Qadağa 2020-ci il noyabrn 11-də götürülüb.

Jurnalist dəfələrlə istintaq orqanı tərfəfindən dindirlib. O "AzadlıqRadiosu” və "Fərqli düşüncə” dərgisi ilə bağlı dindirilib.

Çobanoğlu tənqidi məqalələri ilə tanınan jurnalistdir. O "7 gün”, "Azərbaycan” qəzetlərinin müxbiri, "Hürriyyət”, "Günaydın” qəzetlərinin baş redaktoru olub. “AzadlıqRadiosu”nda və “Azadlıq” qəzetində yazılar dərc etdirib, Turanın məlumatında qeyd olunur.
Geri qayıt