Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Xocavənddə silahlı qarşıdurma: yaralanan və ölənlər var

Xocavənddə silahlı qarşıdurma: yaralanan və ölənlər var


28-12-2020, 14:20.
title}
Xocavənddə silahlı qarşıdurma: yaralanan və ölənlər var


Dekabrın 27-də Azərbaycanın Xocavənd rayonu ərazisində silahlı erməni dəstəsi ilə Azərbaycan ordusunun bölmələri arasında yaranan insident nəticəsində 7 nəfər həlak olub.

CivilAzerbaijan.com
bildirir ki, Azərbaycan Müdafiə Nazirliynin məlumatına görə, Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan ordusunun bölmələrinə hücum edib.

"Nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Elmir Qənbərov şəhid olub, əsgər EminƏliyev isə yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün heç bir təhlükə yoxdur. Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib. Bu kimi hal təkrarlanarsa, Azərbaycan ordusu tərəfindən qəti tədbirlər görüləcək", - Müdafiə Nazirliyi bildirir.

Ermənistan Müdafiə Nazirliyi bildirir ki, Ermənistan ordusunun hərbçiləri həmin ərazidə hər hansı əməliyyatda iştirak etməyib.

“Artsax (Dağlıq Qarabağ) “Müdafiə ordusu”nun birlikləri ilə əlaqəli də hər hansı hadisə qeydə alınmayıb”, - nazirlik bildirib.

Öz növbəsində, Hadrutun (Xocavənd) keçmiş meri Vahan Savadyan ehrimal edir ki, ərazidə Qarabağ müdafiə ordusunun hərbçiləri qala bilər.

Xatırladaq ki, həmin ərazidə bundan öncə də silahlı insident baş verib.

Azərbaycan və Ermənistan Silahlı qüvvələri arasında hərbi əməliyyatlar sentyabrın 27-də başlayıb. Azərbaycan ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra üçtərəfli bəyanat imzalanıb.

Razılışmaya əsasən Ermənistan noyabrın 25-dək Kəlbəcər rayonu, noyabrın 20-dək Ağdam rayonu və Qazax rayonunun ərazisindəki kəndləri, dekabrın 1-dək isə Laçın rayonunu qaytarmaq öhdəliyi götürüb. Artıq Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycanın nəzarətinə qaytarılıb.

Turanın məlumatında qeyd olunur ki, dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.

Razılığa gəlinib ki, münaqişə tərəflərinin razılaşmaların həyata keçirilməsinə nəzarətinin effektivliyini artırmaq məqsədilə atəşkəsə nəzarət etmək üçün Türkiyə və Rusiya hərbçilərindən ibarət Sülhməramlı Mərkəz yaradılsın. Bu məqsədlə noyabrın 11-də Rusiya ilə Türkiyə arasında müqavilə imzalanıb. Ankaraya səfər edən Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti və Türkiyə Milli Müdafiə Nazirliyi noyabrın 13-14-də Türkiyə-Rusiya Monitorinq Mərkəzinin təşkili məsələlərini müzakirə edib.

Türkiyə Böyük Millət Məclisi bu ölkənin Silahlı Qüvvələrinin Azərbaycanda Birgə Monitorinq Mərkəzi qurulmasında iştirakına icazə verib.
Geri qayıt