Əsas Səhifə > Azərbaycan > Partiya seçkiləri təxirə saldı -

Partiya seçkiləri təxirə saldı -


7-04-2017, 03:30.
title}
Partiya seçkiləri təxirə saldı -


İsrailin ən böyük partiyalarından olan “Avoda” məşhur müğənni Britni Spirsin konsertinə görə partiya liderinin seçkilərini təxirə salıb.

Yeniçağ.az xarici mediaya istinadən xəbər verir ki, əvvəlcədən iyulun 3-nə təyin edilən seçkilərin iyulun 4-də keçirilməsi qərarlaşdırılıb.

Partiya rəhbərliyi bu qərarı mühafizəçilərin sayının azlığı ilə izah edib. Belə ki, həmin gün mühafizəçilər Britni Spirsin konsertində təhlükəsizliyi təmin edəcək. Eyni zamanda digər bir səbəb isə tıxac problemidir. Partiya rəhbərliyi bunu konsertlə əlaqədar küçələrdə tıxac olacağı və bu səbəbdən də seçicilərin vaxtında seçkilərdə iştirak edə bilməyəcəyilə əlaqələndiriblər.

Qeyd edək ki, “Avoda” uzun müddət İsraildə hakim partiya olub. Seçilən lider avtomatik surətdə Baş nazir postuna əsas namizədlərdən olacaq.
Geri qayıt