Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > AXCP-dən hakimiyyətin yeni təzyiq dalğasıyla bağlı

AXCP-dən hakimiyyətin yeni təzyiq dalğasıyla bağlı


17-01-2021, 16:27.
title}
AXCP-dən hakimiyyətin yeni təzyiq dalğasıyla bağlı


Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Vətən Müharibəsi başa çatdıqdan sonra bu təşkilata təzyiqlərlə bağlı yeni dağlanın olduğunu bildirib.

CivilAzerbaijan.com
bildirir ki, bu, hökumətin son ilcasında prezident İlham Əliyevin AXCP-yə və Demokratik Qüvvələrin Milli Şurasına qarşı hücumundan sonra baş verib. Bundan bir neçə gün sonra AXCP Gənclər Komitəsinin sədri Emil Səlimov və partiya sədrinin ictimai əsaslarla mühafizəçisi Ruslan Əmirov prokurorluğa dindirməyə çağırılıblar.

"Azadlıq Radiosu" nun məlumatına görə, Əli Kərimlinin özünə qarşı cinayət işi başlanıb. Prokurorluq bu məlumatı təkzib etsə də, Azərbaycan reallığı şəraitində bu cür ssenari istisna edilmir.

Bundan əlavə, bəyanatda deyilir ki, AXCP fəallarından üç nəfər siyasi məhbus - Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Ə.Kərimlinin digər ictimai əsaslarla cangüdəni Niyaməddin Əhmədov və Salyan rayon şöbəsinin fəalı Zamin Salayev qərəzli münasibətə və pis rəftara məruz qalıblar.

A.Məhərrəmli ittiham olunduğu maddənin rəsmi sanksiyasının qanunvericiliklə yüngülləşdirildiyini əsas götürərək cəzasının azaldılması üçün məhkəməyə müraciət edib, lakin məhkəmə işə qərəzli yanaşaraq müraciəti təmin etməyib.

N. Əhmədov artıq 9 aya yaxındır həbsdə saxlanılsa da onun öz ailə üzvlərilə bircə dəfə də olsun telefonla danışmasına və ya görüşməsinə imkan verilməyib.

Z. Salayev isə cəzaçəkmə müəssisəsində öz haqqını tələb etdiyi üçün “kars”a salınıb.

AXCP bildirir ki, ona qarşı budəfəki aqressiyanın səbəbi Vətən Müharibəsindən sonra dövlətin və xalqın maraqlarının müdafiəsi istiqamətində tutduğu prinsipial mövqedir.

Belə ki, AXCP Rusiya qoşunlarının "sülhməramlı" adı altında olsa da Azərbaycana gətirilməsinə ilk saatlardan etirazını bildirib, qardaş Türkiyənin Qarabağla bağlı proseslərdən kənarda saxlanılmasını pisləyib.

AXCP hökumətin veteranların, eləcə də ümumilikdə əhalinin sosial müdafiəsi məsələlərinə etinasızlığını tənqid edib.

AXCP təəssüf edir ki, Azərbaycan hökuməti cəmiyyətin gözləntilərinə zidd olaraq müharibədən sonra ölkədə real müxalifətə qarşı təcavüzkar və repressiya münasibətini davam etdirib.

Turanın məlumatında qeyd olunur ki, AXCP bu yolun dövlətimiz, millətimiz və elə hakimiyyətin özü üçün də yaxşi heç nə vəd etmədiyini bir daha təkrarlayır: “AXCP həmişə xalqın və dövlətin mənafelərini hər şeydən üstün tutub və bundan sonra da belə edəcək. Heç bir təzyiq və təhdid onu bu prinsipindən geri çəkilməyə məcbur edə bilməyib, bilməyəcək də. AXCP Azərbaycanın azad və firavan bir ölkə olması uğrunda fəaliyyətini bundan sonra da müttəfiqi Milli Şura və ölkənin bütün mütərəqqi qüvvələri ilə birlikdə, eyni tərzdə davam etdirəcək, özünün dinc və demokratik mübarizəsindən qətiyyən geri çəkilməyəcək. Azərbaycan hakimiyyəti isə qanunlara və hüquqa, üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməli olduğunu unutmamalıdır”, - bəyanatda deyilir.
Geri qayıt