Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Rusiya-Türkiyə Monitorinq Mərkəzi nə vaxt işə başlayır? -
Rusiya-Türkiyə Monitorinq Mərkəzi nə vaxt işə başlayır? -29-01-2021, 20:54. |
Dağlıq Qarabağda atəşkəs rejiminə nəzarət üzrə Rusiya-Türkiyə Monitorinq Mərkəzi yanvarın 30-da Ağdam rayonunda fəaliyyətə başlayacaq. CivilAzerbaijan.com bildirir ki, bu barədə yanvarın 29-da RİA Novosti agentliyi məlumatlı mənbəyə istinadən bildirib. Mərkəzdə 60 rusiyalı və 60 türk hərbçi çalışacaq. Monitorinq, o cümlədən, pilotsuz uçuş aparatlarından istifadə olunmaqla aparılacaq. Bu cür Mərkəzin yaradılması haqda qərar Rusiya, Azərbaycan və Ermənistan arasında 10 noyabr tarixli üçtərəfli sazişlə razılaşdırılıb. Turanın məlumatına görə, Mərkəzin işində məqsəd erməni silahlı qüvvələrinin Qarabağdan və ətraf ərazilərdən çıxarılmasına dair üçtərəfli sazişin müddəalarının yerinə yetirilməsini təmin etməkdir. Geri qayıt |