Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Ağdamda Monitorinq Mərkəzinin açılış
Ağdamda Monitorinq Mərkəzinin açılış30-01-2021, 16:12. |
Yanvarın 30-da Ağdam rayonunda Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin açılış mərasimi keçirilib. CivilAzerbaijan.com bildirir ki, mərasimdə Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyə müdafiə nazirinin müavini Yunus Emre Karaosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak ediblər. Mərkəzin Rusiyadan olan şəxsi heyətinə general-mayor Viktor Fedorenko, Türkiyədən olan şəxsi heyətə isə general-mayor Abdullah Katırcı rəhbərlik edəcək. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Monitorinq Mərkəzinin ümumi sahəsi təxminən dörd hektar təşkil edir. Ərazidə 65 modul tipli xidməti otaq və yaşayış otağı var, onlar bütün zəruri avadanlıqlarla təchiz edilib. Turanın məlumatında qeyd olunur ki, Mərkəzdə brifinq zalı, 100 nəfərlik yeməkxana, tibb məntəqəsi, dərzi və mağaza var. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin mühafizəsini Azərbaycan ordusu həyata keçirəcək. Geri qayıt |