Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > "Azərsu"yun qiymət artımına

"Azərsu"yun qiymət artımına


1-02-2021, 13:16.
title}
"Azərsu"yun qiymət artımına


"Azərsu" ASC Tarif Şurasının qərarı ilə su-kanalizasiya tariflərinin artırılmasını şərh edib.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə fevralın 1-də səhmdar cəmiyyətinin iqtisadiyyat şöbəsinin müdiri Elçin Camalov açıqlama verib.

"Su təchizatı tarifləri sonuncu dəfə 2016-cı ildə təsdiqlənib. Ötən müddətdə əhəmiyyətli dəyişikliklər baş verib. Bu dəyişikliklər xidmətlərin maya dəyərinin, istehsal, istismar xərclərinin artmasına təsir göstərib. Bir sıra iqtisadi faktorları göstərmək istəyirəm. Ən mühüm faktor həmin dövr ərzində ASC-nin xidmət göstərdiyi abonentlər 250 min artıb. Bununla yanaşı, xidmət sahəsi 50%-dən 70%-ə yüksəlib, eyni zamanda cəmiyyətin əsasən Bakı şəhəri daxil olmaqla digər rayon və şəhər mərkəzlərinin fasiləsiz su təminatı faizi xeyli yüksəlib", - o qeyd edib.

Xatırladaq ki, ölkənin Tarif Şurası 1 fevraldan bəri əhali üçün içməli suyun qiymətini 100% artırdı. Beləliklə, Bakı, Sumqayıt, Xırdalan və Abşeron rayon sakinləri üçün qiymət 35 deyil, 70 qəpik kubmetr olacaq.

Tarif Şurasının 31 yanvar tarixli məlumatında ​​digər ərazilərin əhalisi üçün bir kubmetr suyun qıymətinin 60 qəpik olacağı bildirilir.

Digər abunəçilər üçün qiymət kubmetri 1 manat səviyyəsində qaldı.

Eyni zamanda, əhali üçün kanalizasiya xidmətlərinin qiyməti də iki dəfə artırılmışdır - 15 gapik əvəzinə 30 qəpik.
Geri qayıt