Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Böyük Britaniyanın dövlət naziri Azərbaycana niyə gəlib?

Böyük Britaniyanın dövlət naziri Azərbaycana niyə gəlib?


8-02-2021, 14:11.
title}
Böyük Britaniyanın dövlət naziri Azərbaycana niyə gəlib?


Britaniyanın Avropa Qonşuluğu üzrə dövlət naziri Wendy Mortonun Azərbaycana səfəri başlayıb.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə fevralın 8-də Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp "Twitter" hesabında yazıb.

"Britaniyanın Avropa Qonşuluğu üzrə dövlət naziri Wendy Morton regiona ilk səfərini Bakıdan başladı", - deyə səfir bildirib.

Nazirin iki günlük səfəri Birləşmiş Krallıqla Azərbaycan arasında yaşıl enerjinin inkişafı və iqlim dəyişikliyinə qarşı tədbirlər, habelə qadın hüquqlarının müdafiəsi və gender əsaslı zorakılığa qarşı mübarizə sahələrində əməkdaşlıq əlaqələrinin gücləndirilməyə istiqamətlənəcək.

Azərbaycana ilk səfərində nazir W. Morton Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşlər keçirəcək, Dağlıq Qarabağdakı son münaqişədən sonra daha geniş Qafqaz regionunda insan haqları, sülh və sabitlik, o cümlədən daha möhkəm və uzunmüddətli sülhün qurulmasında qadınların oynadığı rolu müzakirə edəcək.

APA-nın məlumatında qeyd olunur ki, bundan əlavə, Avropa Qonşuluğu üzrə Dövlət Naziri xarici işlər nazirlikləri arasında hər il keçirilən Birləşmiş Krallıq - Azərbaycan Strateji Siyasi Məsləhətləşmələrin növbəti iclasında (9 fevral) iştirak edəcək və ətraf mühit və iqlim məsələlərində tərəfdaşlığı genişləndirmək üçün iki ölkə arasında Anlaşma Memorandumunu imzalayacaq.
Geri qayıt