Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Bakıda polis feministlərin "8 Marş - Haqlarımız Uğrunda" aksiyasını dağıdıb

Bakıda polis feministlərin "8 Marş - Haqlarımız Uğrunda" aksiyasını dağıdıb


8-03-2021, 15:57.
title}
Bakıda polis feministlərin "8 Marş - Haqlarımız Uğrunda" aksiyasını dağıdıb


Şəhərin mərkəzində bir qrup fəal "8 Marş - Haqlarımız Uğrunda" adlı aksiya keçirməyə cəhd edib. Feminist fəallar aksiyanı Azərbaycanda qadın hüquqların pozulması səbəbindən keçirdiyini bildirib.

CivilAzerbaijan.com
bildirir ki, məlumata görə, aksiyadan əvvəl mülki geyimli şəxslər aksiya yerinə yaxın olan kafeyə girərək bir neçə fəalı saxlayıb. Onların arasında Aytac Ağazadə, Sevgi İsmayılbəyli, Zəhra Kələndərova və Vəfa Nağı olub. Onlar naməlum istiqamətə aparılıb.

Aksiya başlayan andan əraziyə cəlb olunmuş polis qüvvələri iştirakçıların əlindən plakatları alaraq özlərini saxlamağa başlayıb. Aksiya iştirakçıları polis maşınlarına mindirilərək aparılıb.

Aksiya zamanı 10-dan artıq fəalın saxlanıldığı bildirilir.

Aksiyada "Qadın kimi savaş, qadın kimi dağıt, qadın kimi yarat" şüarlar səsləndirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Turana bildirib ki, qanunsuz aksiyaya cəhdin qarşısı polis tərəfindən alınıb. "Bu barədə əvvəlcədən Daxili İşlər Nazirliyi tərəfindən müvafiq xəbərdarlıq edilmişdi və xəbərlərdə vurğulanırdı ki, razılaşdırılmamış aksiyanın qarşısı alınacaq. Bu tələblərə əməl etməyən şəxslər ərazidən uzaqlaşdırılıb".

E.Hacıyev əlavə edib ki, saxlanılan yoxdur, məsələ ilə bağlı əlavə məlumat veriləcək.
Geri qayıt