Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Azərbaycan Xalq Cəbhəsi Partiyasının

Azərbaycan Xalq Cəbhəsi Partiyasının


30-03-2021, 14:39.
title}
Azərbaycan Xalq Cəbhəsi Partiyasının


“Hakimiyyət Saleh Rüstəmliyə qarşı qanunsuzluqları dərhal dayandırmalı, onu və bütün siyasi məhbusları təcili azad etməlidir”.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının bəyanatında deyilir.

Sənəddə bildirilir ki, Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti dövründə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı və Birinci Qarabağ Müharibəsinin fəal iştirakçısı, hazırda həbsdə olan Saleh Rüstəmliyə qarşı hakimiyyətin təşəbbüsü ilə ciddi təzyiqlərin olduğuna dair məlumatlar yayılır.

“Məlumatlara görə, o, əfv ərizəsi yazmadığı üçün hakimiyyətin, konkret olaraq dövlət başçısı İlham Əliyevin qəzəbinə tuş gəlib. Saleh Rüstəmlinin mənəvi-fiziki "sındırılması" üçün hökumət resurslarını səfərbər edib. Saleh Rüstəmli yaxınlarına bildirib ki, onu ailəsi ilə təhdid edirlər”, - bəyanatda qeyd edilir.

Azərbaycan Xalq Cəbhəsi Partiyası bildirir ki, Saleh Rüstəmli 2018-ci ilin mayından saxta ittihamlarla həbsdədir: “O vaxtadək uzun illər ərzində Rusiyada yaşayıb işləmiş Saleh Rüstəmli Azərbaycanda siyasi məhbus ailələrinə etdiyi maddi yarıdmlara görə şərlənərək həbs olunub. Belə məlum olur ki, ondan şərləndiyi saxta ittihamları üzərinə götürərək, əfv ərizəsi yazmasını istəyirlər, o isə bundan imtina edir. İndi i onu "ram etmək" üçün ailəsi ilə təhdid edirlər. Saleh Rüstəmli yaxınlarına deyib ki, ona qarşı təhdid və təzyiqlər dayanmasa müddətsiz aclıq aksiyasına başlayacaq”.

Azərbaycan Xalq Cəbhəsi Partiyası hakimiyyətdən Saleh Rüstəmliyə qarşı qanunsuzluqları dərhal dayandırmağı tələb edir.

“Saleh Rüstəmli də, digər siyasi məhbuslar da təcili şəkildə azadlığa buraxılmalıdır”, - bəyanatda qeyd olunur.

Azərbaycan Xalq Cəbhəsi Partiyası ölkədə fəaliyyət göstərən xarici diplomatik korpusu və beynəlxalq ictimaiyyəti Saleh Rüstəmlinin müdafiəsi üçün səfərbər olmağa və mövqe bildirməyə, hakimiyyətin durdurulması üçün real addımlar atmağa səsləyir. Azərbaycan Xalq Cəbhəsi Partiyası ölkənin fəal ictimaiyyətini də bu məsələyə həssas yanaşmağa, etiraz səsini ucaltmağa və Saleh Rüstəmlinin müdafiəsi üçün səfərbərliyə çağırır.

Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirov və Nərimanov şöbəsinin sədri Babək Həsənov 2018-ci il mayın 25-də saxlanılıblar. Azərbaycan Xalq Cəbhəsi Partiyası fəalları ilə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov isə daha əvvəl həbs edilib.

Onların saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, Azərbaycan Xalq Cəbhəsi Partiyası funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar.

Açıqlamada Saleh Rüstəmovun Rusiyadan Azərbaycan Xalq Cəbhəsi Partiyasına pul göndərdiyi, həbs edilmiş fəalların həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

Onlar Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə günahkar biliniblər.

Bakı Ağır Cinayətlər Məhkəməsi Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovu 7 il 3 ay, Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmovu 4 il, bu partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənovu 3 il həbsə məhkum edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ittihamı rədd edərək, bunu “qurama iş” adlandırıb.

Bu cinayət işi üzrə həbs edilənlərdən Babək Həsənov bu il martın 18-də əfv olunub, Turanın məlumatında qeyd olunur.

Geri qayıt