Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > "İsgəndər" raketlərini Şuşaya kim atıb: ermənilər, yoxsa ruslar?

"İsgəndər" raketlərini Şuşaya kim atıb: ermənilər, yoxsa ruslar?


2-04-2021, 13:50.
title}
"İsgəndər" raketlərini Şuşaya kim atıb: ermənilər, yoxsa ruslar?


İşğaldan azad edilmiş Şuşa şəhərində bu il martın 15-də Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən tapılan "İsgəndər" raketlərinin qalıqları Bakıda nümayiş etdirilir. Raketin qalıqları hansı səbəbdən Bakıya gətirilib? Ən əsası isə, "İsgəndər" raketlərini Şuşaya atan Rusiya, yoxsa Ermənistan silahlı qüvvələri olub?

CivilAzerbaijan.com
bildirir ki, Azərbaycan Müdafiə Nazirliyi Turan-ın bu suallarına cavab verməyib və nazirliyin mətbuat xidməti sualları Minatəmizləmə Agentliyinə ünvanlamağı məsləhət bilib.

Agentliyin qərargah rəisi İdris İsmayılov Turan-a deyib ki, raketlərin qalıqları onun özü tərəfindən Şuşada, biri şəhərin yaşayış evlərinin kənarında, digəri mərkəzdə, ermənilərin təmtəraqlı inauqurasiya keçirdiyi binanın yanında tapılıb.

"Raketlərin qalıqlarının Bakıya gətirilib insanlara göstərilməsinə yuxarıdan rəhbərlik qərar verib. Qalıqların neçə müddət Bakıda qalacağı barədə məlumatım yoxdur. Ehtimal edirik ki, iki raketin qalıqlarıdır. Onlar partlayaraq dağılıblar. Raketlərin atılmasından xeyli vaxt keçdiyinə görə barıt hissəcikləri tapılmayıb", deyə İsmayılov qeyd edib.

"İsgəndər" raketlərinin Şuşaya ermənilər, yoxsa Ermənistanda yerləşən Rusiya hərbiçiləri tərəfindən atılması Azərbaycanda müzakirə mövzusudur.

Hərbi ekspert Tərlan Eyvazov Turan-ın müxbiri ilə söhbətdə bir çox məlumatları araşdırdıqdan sonra "İsgəndər" raketlərinin məhz ermənilər tərəfindən atıldığını iddia edir.

Amma Ukraynalı ekspert Aleksandr Arestoviç Turan-a müsahibəsində bu raketlərin Rusiya qüvvələri tərəfindən Şuşaya bilərəkdən atıldığını deyib. O hesab edir ki, raketkər partlamayıb, ruslar "bolvanka", yəni partlayıdıcı olmayan raketlərlə Şuşanı vuraraq, hədəfi dəqiq müəyyən etmək istəyib.

"İsgəndər" raketlərinin qalıqlarının Bakıya gətirilməsinin və mətbuata raketlər atılması barədə xəbərlərin verilməsinin siyasi səbəblərinə gəlincə, bir çox azərbaycanlı şərhçilərin qənaətinə görə, bu addımlarla Bakı və Ankara Rusiyaya aydın mesaj göndərərək, Kremlin hərəkətlərinə göz yummaq istəmədiklərinə işarə edirlər.

Buna nəyin səbəb olduğu aydın deyil, belə ki, bir müddət əvvəl İlham Əliyev şəxsən İkinci Qarabağ müharibəsi zamanı “İsgəndər” raketlərindən istifadə olunmadığını bildirib. Amma, Bakı raketlərdən istifadə edildiyinin sübutunu təqdim etmək qərarına gəlibsə, görünür, nə isə dəyişib.

Bunun ətrafında müəyyən siyasi ticarət getdiyi istisna deyil və Azərbaycan geri çəkilmək niyyətində deyil.
Geri qayıt